Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir - Masallıda

Masallı rayon Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini dəvam etdirir. Belə ki, Masallı rayon Mənzil İstismar Sahəsi Masallı şəhərinin Qarabağ - 8, 9, 10,15, 24 küçələrində çoxmənzilli yaşayış binalarının arası, məhəllədaxili yollarını otlardan, məişət tullantılarından və kollardan təmizləmişdir.

Abadlıq-quruculuq işlərini razılıq hissi ilə qarşılayan bina sakinləri görülən işləri yüksək qiymətləndirirlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə