“Prezidentin təşəbbüsünün 130 ölkə tərəfindən dəstəkləməsi qldobal liderliyin göstəricisidir” - Bilman Vəliyev

“Artıq 4 aya yaxındır ki, dünyamızı böyük təlatümə qərq edən COVID-19 xəstəliyindən xilas olmaq üçün dünya liderləri, ictimai və siyasi xadimlər böhrandan çıxış yolu axtarır,ciddi səylər göstərirlər. Bu kontekstdə BMT-yə üzv olan 130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycana və dövlət başçısına böyük inam və etibarın göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib.

B.Vəliyev bəşəriyyəti ağuşuna almış koronavirus bəlasına qarşı Azərbaycan nümunəvi mübarizə nümayiş etdirdiyini, Ümumdünya Səhiyyə TəşkilatıNIN (ÜST) və hətta bir sıra Avropa ölkələriNİN bəşəri bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri yüksək qiymətləndirdiyini deyib: "Təbii ki, bunun da səbəbi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhlükə yarandığı ilk gündən vəziyyəti tam ciddiyyəti ilə nəzarətə götürmələridir”.

B.Vəliyev onu da bildirib ki, ölkə başçısının ilk gündən atdığı addımlar bütün strukturlar, hətta insanlar üçün nümunə oldu, böyük motiviasiya rolunu oynadı: “Artıq bütün bunların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında dövlətimiz faktiki olaraq ön sıradadır. Koronovirusla mübarizədə məhz iki amilin vəhdəti uğur gətirə bilər ki, bunlar da dövlət tərəfindən vaxtında və düzgün qərarların qəbul edilməsi və vətəndaşlar tərəfindən yüksək sosial məsuliyyət nümayiş etdirərək bu qərarların qeyri-şərtsiz icra olunmasıdır. Belə ki, ölkəmizdə dərhal operativ qərargahın yaradılması və qərərgah tərəfindən vaxtında qəbul olunan düzgün qərarlar, koronovirusla mübarizədə vətəndaşlarımızın birliyi və həmrəyliyi əminlik verir ki, biz, bu bəla ilə uğurla mübarizə apararaq ən az fəsad və itki ilə qalib çıxacağıq".

Rayon təşkilatının sədri onu da bildirdi ki, dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürdüyünü və dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsini Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qlobal liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha sübutudur: "Onu da vurğulayım ki, bu dövlətimizin başçısının COVID-19-la mübarizə məqsədilə irəli sürdüyü ilk təşəbbüsü deyil. Bundan əvvəl - aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdi. Mayın 4-də yenə də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə 120 üzvü olan Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşü reallaşdı. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, ÜST-ün Baş direktoru, Avropa və Afrika ittifaqları kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Zirvə görüşlərində xüsusi əhəmiyyət daşıyan çağırışlar etdi, mesajlar verdi. Qeyd etdi ki, belə çətin gündə özünə qapanmaq lazım deyil, cəsarət toplayaraq irəli baxmaq, vəziyyətdən çıxış yolları axtarmaq lazımdır və bunu birlikdə düşünürək etməliyik və səyləri birləşdirməyə çağırdı. Bildirdi ki, ağır durumda olan ölkələrə humanitar yardım göstərilməlidir və Azərbaycan pandemiya ilə mübarizədə qlobal həmrəylik nümayiş etdirərək, ÜST-ə 10 milyon dollar həcmində könüllü ianə ayırdı, 30-dan artıq dövlətə humanitar yardım göndərdi".

"Azərbaycan Prezidenti məhz Qoşulmama Hərəkatının Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü, dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilərək dəstəkləndi: "BMT-nin üzvü olan 130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi gələcəyə istiqamətlənib. Və BMT-yə üzv olan 130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməs Xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Ancaq bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı siyasətinin şahidi oldu. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Tam əminliklə deyə bilərik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...