Şəmkirdəki xəstəxanada koronavirusa yoluxan 11 tibb işçisi müalicə alır

Şəmkir rayon Mərkəzi Xəstəxanasında COVİD 19-a yoluxan 11 tibb işçisi müalicə alır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müalicə alan şəxslərdən 3-ü həkimdir. Digər 7 nəfər tibb bacısı, daha bir nəfər isə sanitar işçisidir.

Məlumat üçün bildirək ki,Şəmkir rayon Mərkəzi Xəstəxanası COVİD-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində istifadə edilən xüsusi xəstəxanlardan biridir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə