Azərbaycan Prezidentinin diplomatik qələbəsi

Aylardır dünayanı bürüyən koronavirus (COVİD-19) infeksiyası hələdə sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir.Dünyada böyük bir bəlaya çevrilən COVİD-19 adlı infeksiyanın qarşısında dünyanın bir çox böyük dövlətləri naəlac qaldığı bir məqamda, Prezident İlham Əliyevin müdirik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün vaxtında ardıcıl şəkildə düşünülmüş lazımi addımlar atıldı. Bütün dünya, həmçinin xalqımız görür ki, pandemiya başlayandan indiyə qədər məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Karantin müddətinin uzadılması da, dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır. Dünya ölkələrinin COVİD-19 pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə də geniş miqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq aprel ayının 10- da Türk Şurasının onlayn formatda Zirvə görüşü keçrildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr üçün çox faydalı bir platforma oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın ayının 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşünün keçrilməsi pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dünya ölkələri yekdilliklə razılıq vermiş və təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130-a qədər BMT-yə üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bu gözlənilən idi, çünki Azərbaycanın artan nüfuzu, sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı həmişə rahatsız edib, bu gündə edir. Çünki bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qolobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi.

Kamil Mirzəyev

YAP Biləsuvar rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...