“BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü tarixi hadisədir” Rövşən Əhmədov

"Bəşər tarixi bir çox epidemiyaların, kütləvi ölümlərin şahidi olub. İnsanlıq zaman-zaman milyonlarla insanın ölümünə səbəb olan “Qara ölüm” adlanan taun, vəba, malyariya, cüzam, yatalaq kimi epidemiyalara məruz qalıb". Bu fikirləri "Səs" qəzetinə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib.

Onun sözlərinə görə, bu xəstəliklərin bəziləri tarixə gömülüb, bəziləri indi mövcud olsa belə, əvvəllki illərdəki kimi kütləvi insan tələfatına səbəb olmur. Çünki bu gün elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf edib, müasir tibb gündən-günə inkişaf edir, xəstəliklərlə mübarizə mexanizmləri dəyişir, inkişaf edir: "Lakin viruslar da tam ölmür, hər 10-15 ildən bir genetik dəyişikliyə uğrayır ki, bu da onu tam məğlub etməyə imkan vermir. Hər il dünya yeni-yeni virusla rastlaşır. Onların bir çoxunun qarşısı alınır, lakin heç də hamısının qarşısını almaq mümkün olmur. Hazırda dünya daha bir qlobal təhlükə ilə - yeni növ koronavirusla üz-üzə dayanmışdır.

Ötən ilin sonlarından Çində yayılmağa başlayan və “Covid-19” adlanan bu virus çox qısa bir zamanda demək olar ki, bütün dünyanı cənginə aldı. Dünyanın əksər ölkələri, hətta inkişaf etmiş ölkələr belə ilkin mərhələdə insanların həyatını ciddi təhlükədə qoyan, böyük sosial-iqtisadi, humanitar problemlər yaradan bu virusla mübarizəyə etinasız yanaşdılar və dünya birliyi ölkələri qlobal yox, lokal mübarizəyə üstünlük verərək, özünü qoruma, özünü təcrid yolunu seçdilər. Halbuki, Dünya ölkələri Ümumdünya Səhiyyə Təşkilatının həyacan təbili çaldığı ilk dövrlərdə “Covid-19” virusuna qarşı mübarizədə səylərini birləşdirsələr, daha ciddi karantin qaydaları tədbiq etsəydilər, virus bu qədər geniş yayılmaz, qarşısı alınardı".

Rayon təşkilatının sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin koronavirus pandemiyasının yayılmağa başladığı ilkin dövrdə ölkə daxilində bir sıra qabaqlayıcı tədbirlər görməsi sahəsində ölkəmizdə bu virusun yayılmasının qarşısı müfəvvəqiyyətlə alındı və Cənab Prezident bu virusa qalib gəlmək üçün beynəlxalq aləmin birgə mübarizə aparmaq ideyasını ortaya qoydu. Dünyanın bir çox ölkəsi, xüsusi ilə böyük dövlətlər öz maraqlarını hər şeydən üstün tutur, hansısa ölkənin təşəbbüslərlə çıxış etmələrinə qısqanclıqla yanaşırlar: "Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev virusa qarşı birgə mübarizə aparmaq təşəbbüsü ilə çıxış edərək vaxtında çox əhəmiyyətli addım atdı. Bu təşəbbüs nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq fikrini qəbul etdilər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr üçün qarşılıqlı fayda verdi. Bunun ardınca Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlıq üçün stimul yaratdı. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri normal deyil. Amma Zirvə görüşündə bir araya gəlib birgə müzakirə apardılar. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional müstəvidən beynəlxalq müstəviyə, sonra da ümumbəşəri müstəviyə qaldırdı. Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri kimi 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək rütbəli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Pandemiyaya qarşı birgə mübarizə aparmaq barədə Azərbaycan Prezidentinin təşəbbüsün Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bu addım ölkəmizin dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində söz sahibi kimi mövqeyini gücləndirir, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir. Bu kimi siyasi addımlar həm də bizi Qarabağ məsələsinin ədalətli həllinə yaxınlaşdırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün, onun sülhsevər, humanist bir ölkə olmasının təsdiqidir. Ümumilikdə isə Cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük tarixi hadisədir. İnamla deyə bilərik ki, BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi barədə olan təşəbbüsünün dəstəklənməsi beynəlxalq aləm tərəfindən ölkəmizə olan etimad və hörmətin bariz nümunəsidir. Bütün dünyada müsbət əks-səda doğuran bu təşəbbüsə qarşı yenə də həmişəki kimi Ermənistan dövləti əks mövqedə durmuş, özünün iç üzünü bir daha ortaya qoymuşdur. Biz əminik ki, BMT-nin keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası pandemiya qarşısına sipər çəkilməsində beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu ümumbəşəri bəlaya qarşı birgə mübarizənin aparılmasına öz töhfəsini verəcəkdir. Ölkə rəhbəri Cənab İlham Əliyevin hər bir uğurlu diplomatik addımı bütün xalqımızda, o cümlədən cəbhə bölgəsi olan ağcabədililərdə qürur hissi yasadır. Biz fəxr edirik ki, ölkəmizin Prezidenti Cənab İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayı 10 milyon olsa da sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. Bu xalqın Lideri isə dünya azərbaycanlılarının qürur duyduğu Cənab İlham Əliyevdir".

R.Əhmədov Azərbaycanın “COVİD-19”-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırdıgını, 30-dan artıq dövlətə humanitar yardım göstərdiyini də diqqətə catdırıb. Cari ilin iyun ayının 3-də Cənab İlham Əliyev Ağcabədi rayonuna səfəri zamanı “Asan Həyat” Mərkəzinin açılışında demişdir: “Təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanə nümunəvi ölkə adlandırıb. Bütün bunlar bir daha onu göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır”.

Ölkəmizdə koronovirus qarşı mübarizə tədbirləri çərçivəsində Prezidentin qəbul etdiyi qərarların və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tətbiq etdiyi ciddi karantin rejiminin qaydalarına əməl olunması sahəsində çox böyük işlər görülür. Uğura nail olmaq üçün insanların vətəndaşlıq borcunu yerinə yetirməsi başlıca şərtdir. Hər kəs dərk etməlidir ki, həm özünü, həm ətrafdakıları, bütölükdə xalqımızı bu ağır bəladan qorumaq üçün bir vətəndaş kimi onun üzərinə böyük məsuliyyət düşür. Hamı öz üzərinə düşən vəzifəni yerinə yetirsə, bu ağır bəladan qurataracağımız gün uzaqda deyil.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...