"Prezidentin təşəbbüsünün dəstəkləməsi önəmli siyasi hadisədir" Mahir Mirzəyev

"COVİD-19 pandemiyası insanların həyatına ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı mənfi fəsadları qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Azərbaycan Respublikası koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir". Bunu SİA-ya açıqlamasında YAP Yardımlı rayon Təşkilatının sədri Mahir Mirzəyev deyib.

YAP-ın rayon təşkilatının sədri bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verib: "Odur ki, dünya dövlətləri Azərbaycan Prezidentinin təşəbbüsünü birmənalı olaraq dəstəkləmişdir. Bu təşəbbüs dialoqa və məsləhətləşməyə dünya dövlətlərinin həddən çox ehtiyacı olduğu bir zamanda irəli sürülmüşdür. COVİD-19 pandemiyasınin bəşəri bir problemə çevrildiyi vaxda onun qarşısını almaq üçün ciddi toplantılara və görüşlərə ehtiyac var. Cənab Prezidentin bütün dünyanı narahat edən qlobal bir problemin birgə müzakirəsini təklif etməsi bütün ölkələrin marağındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Bu gün Azərbaycan Prezidentinin hər bir təşəbbüsünə ciddi yanaşılır və etimad göstərilir. Bütün bunlarda cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biridir.

Cənab Prezidentin təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsində çox mühüm əhəmiyyətə malik olmaqla yanaşı BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavab verən qlobal əhəmiyyətli təşəbbüs kimi də qəbul olunur.

Ölkəmizdə koronovirus pandemiyasına qarşı aparılan işlərin hər birinə bilavasitə cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti olmaqla yanaşı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da bu sahədə göstərdiyi dəstək əvəzsizdir. Odur ki koronovirus pandemiyasına qarşı Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə