Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə bir qrup jurnalist xanımlar 30 aprel-1 may tarixlərində Yevlax və Goranboy rayonlarına səfər edib. AJQA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində aprelin 30-da YAP Yevlax rayon təşkilatının qərargahında "Azərbaycan müstəqilliyinin 20 illiyi və qadınlar" mövzusunda dəyirmi masa keçirilib. Öncə şairə Fəridə Ləmanın ümummilli lider Heydər Əliyeva həsr etdiyi "Onu zaman seçib" sənədli filmi təqdim olunub. Daha sonra müstəqillik illərində qadınların ictimai-siyasi həyatda tutduğu mövqeləri, onların əldə etdiyi nailiyyətlər geniş müzakirə olunub.
AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, Azərbaycan qadınına ən böyük qiyməti ümummilli lider verib: "Bu gün ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında qadınların böyük çoxluq təşkil etməsi də onların cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında artan rolunun təsdiqidir".
YAP Yevlax rayon Qadınlar Şurasının sədri, "Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı bildirib ki, Azərbaycan qadını tarixən cəmiyyətdə çox fəal olub: "Ölkəmiz müstəqillik qazandıqdan sonra isə qadınlarımıza diqqət daha da artıb. Bizim Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva kimi örnək olan qadınlarımız var. Belə qadınlarımızın olması bizə stimul verir".
Tədbirdə Prezident təqaüdçüsü, qəhrəman ana Şamama Əliyeva ümummilli lider Heydər Əliyevin Yevlax rayonuna səfərlərindən və dahi şəxsiyyətlə bağlı xatirələrindən danışıb. Filologiya elmləri namizədi, şairə Fəridə Ləman, "Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova, "AzərTAc" dövlət teleqraf agentliyinin əməkdaşı, şairə Zərəngiz Dəmirçi Qayalı, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva, "Türk eli" jurnalının redaktoru Gülnar Əhməd, məktəb direktoru Mehriban Məcnunova, əməkdar müəllim Ruqiyyə Abdülrəhmanova, əməkdar həkim Gülzar Şabanova və başqaları çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində respublikada qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər.
Səfər müddətində jurnalist qadınlar Yevlaxda fəaliyyət göstərən "Kür" qəzetinin redaksiyasının və regionun ən böyük telekanalı olan EL televiziyasının qonağı olub, onların işləri ilə yaxından tanış olub, iş təcrübələrini əməkdaşlarla bölüşüblər. Daha sonra EL televiziya rəhbərliyinin də iştirakı ilə təşkil olunan dəyirmi masada bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb, telekanalın yaranma tarixindən qısa zaman kəsiyində qət etdiyi uğurlu yoldan və gələcək planlarından danışılıb.
May ayının 1-də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev jurnalist xanımları qəbul edib. Daha sonra Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın rəhbərliyi ilə jurnalistlər Goranboy rayonda gedən yenidənqurma işləri ilə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB