“Prezidentin təşəbbüsünün dəstəklənməsi ölkəmizə olan böyük etimaddır” Bəxtiyar Abbasov

“Aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyada böyük nufuza malik dövlət kimi tanınır və qəbul olunur. Dəfələrlə nufuzlu beynəlxalq idman və mədəniyyət tədbirləri Azərbaycanda keçirilib. Hazırda Azərbaycan iki beynəlxalq təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına rəhbərlik edir. Hər iki təşkilatın dünyada daha da güclənməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülür”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov deyib.

Onun sözlərinə görə, koronovirus pandemiyası dünyada yayılmağa başlayanda Prezident İlham Əliyev bu virusa qarşı səmərəli əməkdaşılıq əlaqələrinin yaradılması üçün beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib və aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirilib: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü keçirildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdiklərini bildiriblər. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. 130 ölkənin Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük rəğbətin və etimadın göstəricisidir”.

B.Abbasov bildirib ki, koronovirus pandemiyasına qarşı dünyanın bütün ölkələri mübarizə apardığı bir vaxtda işğalçı Ermənistan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə qarşı çıxış etməklə öz dayaz və mənəviyatsız əxlaqını, eləcə də işğalçı xislətini ortaya qoymuş oldu: “Bütün dünyanın COVİD-19-a qarşı mübarizə apardığı bir vaxtda Ermənistan buna qarşı çıxmaqla özünü dünya xalqları və dövlətləri qarşısında rüsvay etdi. Bir daha dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri gördülər ki, Ermənistan dünya birliyindən özünü təcrid edib. Bu isə işğalçı dövlətin süqutu ilə nəticələnəcəyi şübhəsizdir”. B. Abbasov Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində “Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycana fob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər” fikirlərinin Ermənistan hakim xuntasına vurulan növbəti sarsıdıcı zərbə və dünya birliyi qarşısında ifşa edilməsinin əyani sübutu olduğunu bildirdi: “Demokratik düşüncəli dünya xalqları və dünyada sülhün və sabitliyin, sağlam yaşamın qurulmasında maraqlı olan dövlət rəhbərləri Ermənistanın rəzil gündə olduğunu, Azərbaycanın isə demokratik, sivil dəyərlərə malik dövlət kimi inkişaf etdiyini bilirlər. Bu baxımdan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq BMT Baş Assambleyasının xüsusi sessiyası çox böyük uğurla reallaşacaq və bu sessiyada müzakirə olunacaq məsələlər və qəbul ediləcək qərarlar COVİD-19-a qarşı mübarizədə beynəlxalq əməkdaşlığın daha da güclənməsinə töhvfələr verəcək”.

İLHAM

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...