Tanınmış jurnalist doğum gününü qeyd edir

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı–publisist, qəzetimizin şöbə müdiri, əbədiyaşar müdrik rəhbərimiz Heydər Əliyev siyasi kursunun fəal təbliğatçısı Dəmir Qurbanlının doğum günüdür. Həmkarımızı ad günü münasibətilə redaksiyamızın yaradıcı kollektivi adından səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Hörmətli həmkarımız Dəmir Qurbanlı, sizə ilk növbədə işlərinizdə uğurlar, yeni–yeni nailiyyətlər arzu edirik. Sizin çoxşaxəli fəaliyyətiniz müasir müstəqil dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyevin şah əsəri olan hüquqi, düyavi, demokratik, müasir, müstəqil Azərbaycan Respublikasında özünə layiqli yer tutub. Heydər Əliyev siyasi kursunun, irsinin, şəxsiyyətinin və bu siyasi kursun ən layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü daxili və xarici siyasətinin eyni zamanda dünyanı bürümüş və ən çox inkişaf ertmiş dünyaya meydan oxuyan ölkələri belə çökdürmüş koronavirusla mübarizədə də Azərbaycan Prezidentinin qətiyətli mövqeyini, iş təcrübəsini, tədbiq etdiyi metodları qabaqlayıcı tədbirləri, dünya ölkələri üçün nümunə olan siyasi xətdini, xalqla həmişə birgə olduğu kimi bu çətingünlərdə də birgə olduğunu daha da geniş və əhatəli şəkildə təbliğ olunması üçün siz bir çox sanballı məqalələrlə çıxış etmisiniz və respublikamızda ilk olaraq Prezident İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təklifini irəli sürmüsünüz. Dövlətimizin apardığı düşünülmüş ardıcıl dünyəvi siyasətə qarşı duran başıpozuq, anlaqsız utopik düşüncə tərzinə malik olan müxalif siyasi partiyaların və xarici ölkələrdə qaçıb gizlənmiş anti–milli şəxslərin anti–Azərbaycan təbliğatlarına qarşı kəskin və əsaslı faktlar əsasında etdiyiniz çosaylı çıxışlarımız cəmiyyətimiz tərəfindən hər zaman maraqla izləmişdir.

Apardığınız mübarizə cəmiyyət həyatında baş verən hadisələr və ayrı–ayrı vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə edərək ciddi qanun pozuntuları ilə məşğul olmaları barədə kəskin çıxışlarınız, tənqidi fikirlərinizdə daima böyük marağa səbəb olmuşdur. Eyni zamanda dünyada və regionda baş verən hadisələrə - Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının beynalxalq cinayət hadisəsi olaraq BMT TŞ–nin 1948-ci il 9 dekabr tarxili qətnaməsinə uyğun olaraq tanınması, Ermənistanın terrorçu, işğalçı, soyqırımı cinayətləri törətmiş ölkə olaraq dünya birliyindən təcrid olunması haqqında çoxsaylı, eyni zamanda ABŞ Konqresi tərəfindən 1992 – ci ilin dekabrında qəbul edilmiş “907-ci“ düzəliş deyilən bədnam qərarın ləğv edilməsi, işğalçı ölkəyə beynalxalq embarqo tətbiq edilməsi ilə bağlı ABŞ prezidentlərinə BMT–yə, AŞPA–ya etdiyiniz müraciətləriniz yüksək qiymətləndirilmişdir.

Həmçinin Azərbaycanın birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadın siyasətçi obrazını geniş və əhatəli təbliğ edən, elmi–publisistik, siyasi analitik təhlili məqalələriniz və həmin çxışlarınızda onun bu cür dünyəvi xarakter almış xidmətlərinin nəticəsi olaraq Mehriban xanıma Milli Qəhrəman adının verilməsi təklifi ilə respublikamızda ilk dəfə olaraq sizin dəfələrlə təkliflər verməyiniz daim maraqla qarşılanb və yüksək qiymətləndirilib.

Hörmətli Dəmir müəllim, sizin təmənnasız xidmətiniz bütün qurum və təşkilatlar tərəfindən daima yüksək qiymətləndirilib. Siz eyni zamanda “Qızıl qələm“, “Azərbaycan bayrağı“, “Xalqın nüfuzlu ziyalısı“ və.s mükfatlara laiq görülmüsünüz. Dəflərlə “İlin ən qabaqcıl jurnalisti“ elan edilmisiniz. Əminik ki, sizin bu xidmətləriniz dövlətimiz tərəfindən öz layiq olduğu qiymətini alcaq. Sizə bir daha uğurlar və nailiyyətlər arzu edirik!".

Bütün xəbərlər Facebook səhifəmizdə