Mirşahin Ağayev koronavirusa yoluxub

REAL televiziyasının rəhbəri, jurnalist Mirşahin Ağayev koronavirusa yoluxub. SİA-nın məlumatına görə, 3 gün əvvəl virusa yoluxan telekanal rəhbəri artıq "Yeni Klinika"ya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxs olduğu bildirilir.

Məlumata görə, M.Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...