"Koronavirusla mübarizə məsələsində kifayət qədər böyük dairədə işlər görülür. Bunu qiymətləndirməmək ədalətsizlik olar. Həm dövlət, həm müvafiq strukturlar, həm də bu işə məsuliyyətli olan insanlar tərəfindən görülən işlər öz bəhrəsini verir. Artıq yoluxma gündəlik müəyyən sayda dayanıb, artım yoxdur. Digər tərəfdən də insanlar daha çox koronavirusun təhlükəsini hiss edirlər. Mən bunu ərzaq almaq üçün gedərkən şəhərdə müşahidə edirəm. İnsanların mütləq əksəriyyəti tibbi maskadan istifadə edir və sosial məsafəni qorumağa çalışırlar". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, lakin hesab edirəm ki, mübarizə məsələsində tempi azaltmaq olmaz və təbliğat işinə güclü şəkildə fikir vermək lazımdır: "Televiziya kanallarında, internet saytlarımızda bununla bağlı çox sayda materiallar, faktlar səsləndirilməlidir. Sadəcə olaraq bunun təhlükə yox, xəstəxanalarda, ailəliklə bu xəstəliyə yoluxmuş ailələrdə və ya hansısa bir yas məclisinə getməklə məclisin hamısının koronavirusa yoluxma faktları bizim informasiya məkanımızda çoxluq təşkil etməlidir. Eyni zamanda ara-sıra qaldırılan suallara operativ reaksiya vermək lazımdır. Məsələn mən Daxili İşlər Nazirliyini bu sahədə fəaliyyətini yüksək qiymətləndirirəm. Kimsə sosial şəbəkədə qanunazidd videogörüntü yerləşdirəndə və ya karantin əleyhinə çağırış səsləndirəndə dərhal həmin şəxslər məsuliyyətə cəlb edilirlər. Onların etiraflarını da cəmiyyətlə bölüşürlər".
A.Mirzəzadə vurğulayıb ki, eyni zamanda mən çox istərdim ki, TƏBİB tək koronavirusla deyil, cari dövrdə digər xəstəliklərlə mübarizəni necə apardıqlarını da göstərsin: "Çünki belə təsəvvür yaranır ki, TƏBİB ancaq koronavirusla məşğuldur. Axı insanlar başqa xəstəliklərlə də mübarizə aparırlar. Onların müalicəsi necə gedir. İnsanların sağlamlığı ilə əlaqədar əsas vəzifə necə yerinə yetirilir? Bunların da cəmiyyətlə paylaşılması çox vacib məsələdir. İstərdim ki, tanınmış insanların çağırışları tez-tez telekanallarda, saytlarda verilsin. Bu təkliflər aparılan əsas işə əlavələrdir. Əsas iş aparılır və bu işi qiymətləndirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB