Pandemiya ilə bağlı işlər hər gün diqqət mərkəzindədir MASALLIDA

Bildirdiyimiz kimi 5 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, Masallı şəhər ərazisində 2 park, 2 ticarət mərkəzinin meyvə-tərəvəz satılan sahəsi, 5 ərazidə 13 küçə və 70 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 170 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.

5 iyul 2020-ci il tarixdə 664 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 30 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 52 nəfər vətəndaşın maskasız müəyyən edilmişdir. Qaydaları pozan 12 nəfər vətəndaş və 3 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 4105 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 169 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 249 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 60 nəfər vətəndaş və 5 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.

5 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4288 nəfərlə görüşülmüş, onlardan 708 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 50824 nəfər vətəndaşla görüşülmüş, 10237 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 54929 nəfər vətəndaşla görüşülmüş, vətəndaşlara ümumilikdə 15500 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmış, həmçinin 169 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 10486 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 65 nəfər vətəndaş və 5 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Ümumilikdə rayon ərazisində 7408 nəfərdən yaxma götürülmüşdür.

Pandemiya dövründə rayon üzrə ümumilikdə 182 koronavirusa yoluxma halı qeydə alınmışdır. Müalicə alan 44 xəstədən 21 nəfəri xəstəxanada 23 nəfəri isə ev şəraitində müalicə olunur, 132 nəfəri sağalaraq evə buraxılmış və 6 nəfər vəfat etmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə