2 polis əməkdaşı koronavirsudan vəfat edib

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb. SİA-nın məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə