16 şəhər və rayonda yaxın qohumun dəfnində iştirak etmək üçün DİN-dən icazə alınmalıdır

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində vətəndaşların yaxın qohumların dəfnində iştirakına icazə verilir.

SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə yuxarıda qeyd olunan ərazilərdə yaxın qohumunun dəfnində iştirak üçün vətəndaş Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...