"Hipodinamiya immun sistemimizə mənfi təsir edir"

"Hipodinamiya təbii ki, immun sistemimizə mənfi təsir edir". SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

TƏBİB sədri qeyd edib ki, sərt karantin rejimim tətbiq edilməsi və rayonlara gediş-gəlişin qadağan edilməsi kimi məsələlər məcburiyyətdən versidimiz bir qərardır: "Təbii ki, bu dövr ərzində hipodinamiya olacaqsa, vətəndaşlar ev şəraitində bunun çarəsinə baxmalıdır. Evdə idman hərəkətləri etmək və s. Lakin, əgər məcburi qadağaları tətbiq etməsək, virusu lokallaşdırmasaq virusun yayılması davam edəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə