Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsindən SİA-ya bildirilib ki, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə