Qaydaları pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

SİA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.

Məlumata əsasən, qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə