Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, sözü gedən vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə