Hikmət Şikarov icra başçısının birinci müavini təyin edildi

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini təyin edilib. SİA-nın verdiyi məlumata görə, son vaxtlar ölkəmizdə aparılan kadr islahatlarının tərkib hissəsi olaraq Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bu gündən həmin postu tutacaq.

Xəbər verir ki, əslən Şamaxıdan olan Hikmət Şikarov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə, 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetmə fakultəsini bitirib. Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır. 1989-cu ildə “Qədirbilən əfqan xalqından, 1989-cu ildə Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə “Beynəlmiləlçi döyüşçü”, “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi, 1991-ci ildə “İctimai asayişin qorunmasında əla xidmətlərinə görə”, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və digər mükafatlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə