İyulun 4-də AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək
Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.
SİA “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən bildirir ki, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanmışdır.
Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutulmaqla yerinə yetiriləcək.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı zamanı tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.
Xatırladırıq ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;
- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;
- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.
İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurulmalıdır. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.
Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Kapital Bank 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 15:29Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb
Sosial 15:29Azərbaycan əhalisinin sayı açıqlanıb
Sosial 15:27Regionda lider, dünyada böyük aktor - ANALİTİK
Siyasət 15:26“iPhone”da bu tətbiqi yükləmək olmayacaq
Texnologiya 15:25Zamanın diktəsi ilə qazanılan müstəqillik TƏHLİL
Siyasət 15:18“Neptun” özüqalxan qazma qurğusu dənizə yola salınıb - FOTOLAR
İqtisadiyyat 15:15Milli Məclisin plenar iclasının gündəliyi açıqlanıb
Siyasət 14:23Bədən, məlumat və ruhun yeni dövrü
Sosial 14:17Milli Kitabxanada Türkmənistan guşəsinin açılışı olub
Mədəniyyət 14:02TÜRKPA rəqəmsal transformasiya proqramını təqdim edib
Siyasət 13:51Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək
Sosial 13:25Azərbaycanla Qazaxıstan arasında Protokol imzalanıb
Siyasət 13:13Sabah hava yağmursuz olacaq
Sosial 12:25İslamabad Bəyannaməsi qəbul olunub - FOTOLAR
Siyasət 12:04Azərbaycanın nümayəndə heyəti Türkiyədə seminarda iştirak edib - FOTOLAR
İqtisadiyyat 12:00Gənc kinematoqrafçıların layihəsi beynəlxalq təlimə seçilib
Mədəniyyət 11:59"Hər görüş faydalıdır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Siyasət 11:10DYP motosiklet və moped sürücülərinə müraciət edib
Hadisə 10:58Ötən gün 36 cinayətin açılması təmin olunub
Hadisə 10:5562 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Təhsil 10:38Kənd təsərrüfatı – rəqəmlərin dili ilə
İqtisadiyyat 10:34Dünya birajalarında qızılın bahalaşması davam edir
İqtisadiyyat 10:21Dünya birjalarında neft ucuzlaşıb
İqtisadiyyat 10:18Şahdağa və Gədəbəyə qar yağıb - Faktiki hava
Sosial 10:12Naftalanda 61 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə 10:10"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb
Mədəniyyət 10:10Milli Məclisin sədri Pakistan Prezidenti ilə görüşüb
Siyasət 09:59Paytaxtda yeni parklanma yerləri təşkil edilib
Sosial 09:55Azərbaycan neftinin qiyməti azalıb
İqtisadiyyat 09:45Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi işinə başlayır
İqtisadiyyat 09:33Azərbaycanın mədəni irsi Sofiyada təqdim edilib
Mədəniyyət 09:14Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:11"Vəhşi mələk"in ulduzu tanınmaz halda - FOTO
Şou-Biznes 08:40Maduro Nobel qazanan Maçadonu cadugər adlandırıb
Dünya 08:15Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9706
-0,25%
-
GBP 2,2699
-0,03%
-
RUB 2,0981
+0,87%