Dünya üzrə 186 jurnalist COVID-19-dan həyatını itirib

Dünya üzrə 35 bölkədə 186 jurnalist yeni növ koronavirusdan həyatını itirib. SİA xəbər verir ki, bu barədə İsveçrənin Cenevrə şəhərində yerləşən "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı məlumat yayıb.

Məlumatda mart ayının əvvəlindən bu günə qədər yeni növ koronavirusa yoluxmuş və yatını itirmiş jurnalistlərin ölkələr üzrə statistikası verilib. "Press Emblem" Kampaniyasından verilən yazılı açıqlamada, COVID-19-a yoluxmuş jurnalsitlər daha çox Latın Amerikası ölkələrində qeydə alınıb. Son dövrlərdə isə daha çox Hindistan və Banqladeşdə bu rəqəmlərdə kəskin artışın olduğu qeyd edilib.

Belə ki, statistikaya əsasən həyatını itirən jurlnalistlərin 2/3 hissəsi vəzifəsini icra edərkən virusa yoluxub. İyun ayı isə ən çox ölüm faktı qeydə alınan ay olub. Ay ərzində hər gün iki jurnalist virusdan vəfat edib. Ölümlərin sayı 59 nəfər olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə