Nazirliyin sözçüsü: "Sertifikasiya prosesinin ləğvi qeyri-mümükündür və bu, daima keçiriləcək"
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinə dair yanvar-mart aylarında 25 ixtisas üzrə imtahanlar keçirilib. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, mama-ginekologiya (2), terapiya (2), pediatriya (2), oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya, kardiologiya, revmatologiya, mikrobiologiya, stomatologiya, neyrocərrahiyyə, yoluxucu xəstəliklər, psixiatriya, nefrologiya, laboratoriya işi, otorinolarinqologiya, allerqologiya, epidemiologiya, travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilən test imtahanlarında 694 həkim iştirak edib.
Onun sözlərinə görə, iştirakçılardan 43 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstəriblər. A.Qədirli vurğulayıb ki, ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərin 658 (95%) nəfəri uğurlu nəticələr əldə edib.
Mətbuat xidmətinin rəhbəri gələcəkdə bui imtahanların ləğv olunacağı ilə bağlı məsələyə də münasibət bildirib: "Bunların heç bir əsası yoxdur və yayılan xəbərlər sadəcə şayiədir. Bu sertifikasiyaların keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi hansısa qərar qəbul edə bilməz. Bu proses cənab prezident İlham Əliyevin sərəncamı və Nazirlər Kabinetinin qərarı əsasında keçirilir. Bu prosesin ləğvi qeyri-mümükündür. Bu sertifikasiya daim keçiriləcək və həkimlər hər 5 ildən bir sertifikasiyadan keçəcəklər. Bir sözlə, artıq bu proses davamlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB