"Ev şəraitində müalicə olanan şəxslərin dərmanla təmin olunması məsələsi ilə bağlı bildirmək istərdim ki, evdə müşahidə və müalicə olunan şəxslər simptomsuz və COVID19-un yüngül əlamətləri daşıyan şəxslərdir". SİA-nın məlumatına görə, bunu Operativ Qərərgahın brifinqində Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov deyib.
Aparat rəhbəri bildirib ki, COVID-19-un yüngül əlamətlərini daşəyan şəxslərə immun sistemini dəstəkləyən dərmanlarla, vitaminlərlə təhciz olunur: "Bunun şəxslərə çatdırılması poliklinikalar vasitəsilə təmin olunacaq. Evdə müalicə olunan şəxslərin aptekə getməsi yolverilməzdir. Onların dərman təminatı ilə poliklinikalar tərəfindən qarşılanacaq".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB