“Mənim polisim” adlı sosial aksiya keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında paytaxt könüllülərinin iştirakı ilə bu gün “Mənim polisim” adlı sosial aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, bu layihə 2 iyul – Azərbaycan Polisi” gününə həsr olunub.

“Mənim polisim” adlı sosial aksiya çərçivəsində Formula 1, IV İslam Həmrəylik Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və paytaxt Gənclər və İdman idarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildiriblər. Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai asayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların sağlamlığının qorunmasında, təhlükəsizliyinin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətlərə bir təşəkkürdür.

Əziz polislərimiz, bayramınız mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə