Kəlbəcər və Goranboy rayon prokurorlarını kim əvəz edəcək?

Kəlbəcər və Goranboy rayon prokurorlarını kim əvəz edəcək?

Baş prokuror Kəlbəcər və Goranboy rayonlarının prokuroru vəzifəsini icra edən şəxsi müəyyən edib.

SİA-nın məlumatına görə, Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.

Əmrə əsasən Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə