Koronavirusa yoluxan xəstələrdən 36-sı süni tənəffüs cihazına qoşulub

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 min 525-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7393-ə bərabərdir. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 29-da Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə