Azərbaycanda COVID-19-lu 200-dən çox şəxs həyatını itirib STATİSTİKA

Azərbaycanda indiyədək ümumilikdə 16 968 nəfər koronavirus infeksiyasına yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar hazırkı dövrədək aparılan testlərin sayı açıqlanıb. Ölkədə ümumilikdə 475 525, son sutka ərzində isə 6558 test aparılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...