Ermənilərin özlərindən “tarixi şəxsiyyətləri” icad etmək bacarığı

Yaxud, görkəmli şəxsiyyətlərin “erməniləşdirilməsi”
Ermənilərin özlərindən “tarixi şəxsiyyətləri” icad etmək bacarığı

Ermənilər tarixi şəxsiyyələr də uydurmağı bacarırlar. Bakurun beşinci əsrdə Gürcüstanın çarı olduğunu heç bir tarix yada salmır. Bir çar Bakur 342-364-cü illərdə, Varaz Bakar isə 379-393-cü illərdə olmuşdur. Ancaq biz Bakurun kim olduğunu, 5-ci əsrdə Mesrop tərəfindən necə dəyişdirildiyini və maarifləndirildiyini bilmirik. Bu isə ermənilərin özlərindən “tarixi şəxsiyyətləri” icad etmək bacarığının olduğunu bir daha sübut edir.

Şaxatunyanların, ter-abramyanların, naxapetyanların, eritsovların, artsrunların, vermişevlərin, babaxanyanların və digər alim, yazıçı eləcə də jurnalistlər ermənilərə son dərəcə nifrət etməklə gürcülərin tarixini saxtalaşdırır və nəticə etibarilə onlara elmdən kənar yollarla müdaxilə edirlər. Onların işlərində, o cümlədən məqalələrində və məktublarında ermənilərin dəsti-xəttinə uyğun olan gürcüləri həyasızlıqla təhqir etdikləri öz əksini tapır. Bu cür gürcü əleyhinə olan nəşrlər bu gündə satılmağa davam edir. Sözügedən nəşrlərin satışını, erməni qriqoryan kilsəsi olan Eçmiədzin, Kanadanın erməni kilsəsi, erməni diasporu eləcə də erməni xeyriyyəçiləri və biznesmenləri maliyyələşdirirlər.

Təəssüf ki, ermənilərin bəzi şovinist dairələrində mənşəyinə görə bütün gürcüləri erməni elan etmələrinə dair xoşagəlməz bir tendensiya nəzərə çarpır. Buna misal olaraq göstərmək olar ki, 1937-ci ildə Dandurovun kitabında qeyd olunurdu ki, Şota Rustaveli, eləcə də böyük gürcü tarixçisi İvan Cavaxişvilinin əcdadı erməni olmuşdur. Erimyan Mxarqrdzelinin fikrinə görə, Tmoqvidən olanlar erməni olmuşlar. Müasir erməni ədəbiyyatlarında belə bir təsəvvür yayılmışdı ki, Gürcüstanda yaşayan ermənilər Gürcüstanın tarixində gürcülərdən daha çox rol oynayırlar.

“Zaman keçir, əsrlər bir-birinin ardınca gedir, həyat inkişaf edir, ancaq ermənilər dəyişməz olaraq qalırlar. Onlar suyu bulandırırlar, sadalanması mümkün olmayan çox şeyin haqqında mübahisə edirlər. Erməni “alimi” Suren Ayvazyanın fikrincə, Şota Rustaveli, Georgi Saakadze, İosif Stalin, Napoleon və bir çox başqaları erməni olmuşlar. Ermənilər gürcüləri günahlandırmağı sevirlər, ona görə də hər şeyi uydururlar. Onlar gürcü soyadlarının sonlarının əvəzlənməsinin səbəbini özlərinə məxsus şəkildə başa düşürlər".

Gürcüstanda Şərq və İncil şəxs adlarının geniş yayılması ənənələrindən əmələ gələn gürcü-erməni oxşar adlarından və paralel formalarından istifadə edərək (məsələn Aslanaşvili – Aslanyan, Şaxqulaşvili – Şaxqulyan, İsakadze – İsaakyan, Saakadze-Saakaşvili-Saakyan, Tumanaşvili – Tumanyan, həmçinin İncil – xristian adları Abramişvili – Abramyan, İakobaşvili – Akopyan, Adariaşvili – Adaryan, Petriaşvili – Petrosyan, bu adların milli mənsubiyyətini əslində müəyyən etmək qeyri-mümkundur, heç bir əsas olmadan S.Mamulov gürcü şəxs adlarının erməni mənşəli olduğunu göstərir.

Halbuki erməni mənbələri də bu bölgələrin köklü əhalisinin gürcülər olduğunu təsdiq edir.

Gürcü mənbələri sübut edir ki, Cavaxeti Sund eristavlığının tərkibində olmuş və qədim dövrlərdən Kartli çarına tabe olmuşdur. İlk gürcü kilsələri burada IV-VI əsrlərdə tikilmiş, Kartli çarı Vaxtanq Qorqasal Cavaxetidə yepiskopluğun əsasını qoymuşdur.

S.Mamulovun ümumdünya tarixini erməniləşdirən və saxtalaşdıran bu cür sərsəm əsərinin ikincisi biləvasitə Gürcüstanın tarixinin saxtalaşdırılmasına həsr olunmuşdur.

S.Mamulov ermənilərin bütün dünyada üstün xalq olduğunu “sübut etdikdən sonra” onun Qafqazda xüsusi tarixi-mədəni üstünlüyə malik olduğunu 1995 və 2002-ci illərdə Moskvada kütləvi tirajla çap edildiyi “Ermənilər Gürcüstanda” “əsərində” təqdim etmişdir.

S.Mamulov ermənilərin saxtakarlığını ifşa edən görkəmli gürcü ziyalısı knyaz İlya Çavçavadzenin anasının Mariam Beburaşvilinin erməni Baburyan olduğunu göstərir.

Görkəmli gürcü tədqiqatçısı Q.Maysuradze “Tarixi həqiqətin təhrifinə yeni cəhdlər” adlı məqaləsində yazır: “Kitabda gürcü tarixi şəxsiyyətlərinin və xadimlərinin heç bir əsas olmadan erməniləşdirilməsinə çox təsadüf olunur. S.Mamulov Şərqi Gürcüstanı “erməni ruhu” və yaradıçılığının bir sahəsinin ifadəsi hesab edir. O, orta əsrlər Gürcüstan tarixini Ermənistan tarixinin bir hissəsi kimi təqdim edir. Guya erməni xalqının çoxtərəfli istedadı, erməni ruhu, onun nəhəng yaradıçı gücü məhz Gürcüstanda təzahür etmiş və burada özünün inkişafı üçün ən əlverişli zəminini tapmışdır”.

S.S.Mamulov guya XII-XIII əsrlərdə Gürcüstan və Ermənistanın federativ dövlət quruluşunda birləşdiyini iddia edir.

Baqratidlərin gürcü və erməni mənşəyinin ümumi olmasından bəhs edən S.Mamulov xüsusi qeyd edir ki, “bu nüfuzlu Ermənistan aristokratik nəsli” Gürcüstanda da meydana gəlmişdir. Guya onlar əvvəlcə Ermənistanda, sonralar isə Gürcüstanda çarlıq etmişlər. O, yalnız Kartli-Kaxeti çarlığını gürcü çarlığı hesab edir.
S.Mamulov Tiflisin, Telavinin, Axalkələyin, Qorinin, Siqnaxın ermənilər tərəfindən yaradıldığını, bu şəhərlərdə erməni əhalisinin üstünlük təşkil etdiyini göstərir. Halbuki erməni əhalisi rusların köməyilə məhz XIX əsrdə Türkiyədən Gürcüstana köçürüldükdən sonra onlar bəzi şəhərlərdə “üstünlük” təşkil etmişlər.

S.S.Mamulov özünün sərsəm əsərində göstərir ki, “Ermənistanda xammal ehtiyatı, böyük ərazi olmasa da ermənilərdə beyni, ağlı vardır. İntellekt – erməni neftidir. İki erməninn biri tacir, filosof, yarısı xarici işlər naziridir. Erməni dilində Adəm və Nuh danışmışlar. Erməni mətbəxi ən qədimdir. Adəm və Həvva Ermənistanda yaşamışlar”. “Faktlar sübut edir ki, erməni memarlığı İtaliyanın, Fransanın, Almaniyanın və İrlandiyanın bir çox şəhərlərinin bir çox qədim tikililərinə təsir etmişdir”, “Rusiyada yalnız üç xalqın: rusların, almanların və ermənilərin imperiyaları olmuşdur”. “Onlar Rusiyanın mədəniyyətini yaratmışlar”.

“Erməni döyüşçüləri Aleksandr Nevskinin bayrağı altında vuruşmuşlar. Ermənilər slavyan tayfalarına qıpçaqlara (poloveçlərə) qarşı döyüşlərdə kömək etmişlər. Onlar 1552-ci ildə Kazanın Qızıl Ordanın hakimiyyətindən azad olunmasına həlledici töhfələr vermişlər”.“Bolqarıstan çarı Samuel, Rumıniya dövlətinin banisi Mixay Cəsarətli, Livanın sultanı Taut-Paşa, Misirin sultanı Sələddin, Napoleonun ilk cangüdəni Rustəm, Bizans ordusunun baş komandanı Maris erməni olmuşdur”, “Brejnevi erməni xilas etmişdir” və s. xəstə şüurun məhsulu olan bu sözlər güya hamısı ermənilərə xasdır.

Gürcü tədqiqatçısı D.Berdzenişvili göstərir ki, bu şərhsiz iqtibasların heç bir elmi əhəmiyyəti və əsası yoxdur. Məsələ ondadır ki, bu yalnız bir trməni müəllifin fantaziyasının məhsulu deyildir. Bu konkret bir erməni mənbəyində yaranmışdır

Vahid Ömərov,fəl.ü.f.d.,dos.

Bütün xəbərlər Facebook səhifəmizdə