BNA-nın Mətbuat xidmətinin rəhbəri və ailəsi koronavirusa yoluxub

BNA-nın Mətbuat xidmətinin rəhbəri və ailəsi koronavirusa yoluxub

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev və ailəsi koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə Mais Ağayev özü məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün davam edən hərarət və halsızlıqla bağlı həkimə müraciət edib: "Mən, həyat yoldaşım və övladımın test nəticələri pozitiv çıxdı. Mən inanıram ki, virusa qalib gələcəyik".

Mais Ağayev vətəndaşlara müraciət edərək bildirib ki, gündəlik gigyenik qaydalara əməl etsinlər, maskadan istifadə etsinlər, çünki məsuliyyətsiz davranış digər bir insanın yoluxmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə