Koronavirusla mübarizəyə bəzi insanların laqeyd yanaşması yolverilməzdir - Zəkiyyə Musayeva
Koronavirusla mübarizəyə bəzi insanların laqeyd yanaşması yolverilməzdir. Ölkə rəhbərinin çağırışına dəstək olmalıyıq.
SİA xəbər verir ki, bu fikirləri YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva söyləyib.
İnsan sivilizasiyasına və uğurlarına nəzər salsaq, məntiqli olaraq bu nəticəyə gəlmək olar ki, zəka bizi diğər canlılardan fərqləndirən xüsusiyyətdir.
Bizi unikal edə biləcək müxtəlif keyfiyyətlərdən mənini qavrama, ölçülməsi ən çətin olan anlayışdır. Ən vacibi isə keçmişi yada salmaq bacarığımız bizə gələcəyə nəzər salmaqda kömək edir.
Qeyd edib ki, başımıza gələnlər bizə gələcək haqqında proqnoz vermək təcrübəsi qazandırır. İnsanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı isə, fərdin varlığı əksetdirən ən gözəl nümunədir. İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz. Sağlam insan dedikdə təkcə onun bədəninin sağlamlığı deyil, həm də onun əqli və fiziki sağlamlığı nəzərdə tutulur.
“Sağlamlıq cəmiyyət tərəfindən müəyyən olunmuş dinamik bir anlayış olduğu üçün onun müəyyən və standart tərifi mövcud deyildir. Daha geniş tərkibdə götürsək, sağlamlıq aşağıdakı konseptual modellərin bir çoxunun bir arada olması deməkdir. Insan orqanizminin xarici və daxili tarazlığının olması, insan bədənində xəstəliklərin olmaması, normal yaşamaq və fəaliyyət göstərmək bacarığı. Göründüyü kimi, insanların keyfiyyətli həyat yaşaması üçün ən başlıca amillərdən biri insan bədəninin, əqlinin və yaşadığı mühitin sağlam olmasıdır. İnsan sağlamlığı heç bir başqa dəyərlərlə müqayisə edilməyən bir nemətdir. Bunun üçün onun qorunması və saxlanılması ümumi dəyər sisteminə daxil olmaqla bərabər, hər bir fərd tərəfindən də həyata keçirilməlidir. Sağlamlığın təmin edilməsi adətən üç amilin -- fiziki, əqli və sosial rifahın müxtəlif kombinasiyası şəklində həyata keçirilir və bunların hamısı birlikdə “sağlamlıq üçbucağı” adlanır”.
Z.Musayeva bildirib ki, "Covid-19" koronavirusuyla mübarizə bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biridir. Çünki, sağlam olmayan mühitdə heç bir inkişafdan, gələcəyin təminatından söhbət gedə bilməz. Ən təhlükəli baxış bucaqlarından biri də koronavirusla mübarizədə bəzi insanların hələdə bu məsələyə laqeyd yanaşmasıdır. Çox təəssüflə qeyd etməliyik ki, burada bilib-bilmədən mövzu üzərindən aparılan müzakirələr, yalnış informasiyalar, insanları çaşqınlığına səbəb olacaq fikirlər də öz mənfi təsirini göstərməkdədir. Əqli sağlamlıq “insanların öz bacarıqlarını dərk etməsi, həyatda baş verən streslərə müqavimət göstərməsi, məhsuldar olaraq fəaliyyət göstərməsi və öz cəmiyyətinə tövhə vermək bacarığının olması” kimi xarakterizə edilir.
YAP-çı fəal qeyd edib ki, həm mənəvi, həmdə əqıli cəhəddən kasad insanlar özlərinin varlığını təsdiq etmək üçün bu cür mənfi hallara yol verir. Onlar üçün cəmiyyət, insanlıq, doğmalıq anlayışları isə son mərhələ təşkil edir. Deməli, bu məsələdə bəziləri üçün insanlığa qarşı qəddarcasına yanşma mövcuddur ki, bilərəkdən bu cür hallara yol verirlir və insanları yalnış yola sürükləyir. Bu məqamda nəticə çıxararaq məsələyə daha məntiqli yanaşmaq və bu cür hallara qarşı qətiyyətli mövqe ortaya qoymaq önəm daşır. Bu gün Azərbaycanda müasir dövrün tələblərinə cavab verən keyfiyyətli səhiyyə sisteminin yaradılması ardıcıl və sistemli şəkildə həyata keçirilir, sosialyönümlü islahatlar əsas hədəfə çevrilməklə, hər bir ölkə vətəndaşının sağlamlığının qorunması naminə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir. Vətandaş olaraq, bizlər də sabahımız, gələcəyimiz naminə dövlətə dəstək olmağı bacarmalıyıq.
“Çünki üzərində addım atdığımız, havasını udduğumuz bu torpaq bizimdir! Hal-hazır ki, vəziyyətdə birimizin səhvi insan itkisinə yol açan, kiminsə övladının, kiminsə yaxının ağrısına səbəb olacaq amildir. Məsuliyyətsizliyimiz bu pandemiyanın daha geniş vüsət almasına gətirib çıxara bilər, o zaman gözə görünməz düşmənə qalib gəlmək gücümüzü itirə bilərik. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək”.
Müdrikliyin xüsusiyyətləri: mükəmməl qərarlar vermək, səhvsiz danışmaq və lazım olanı etmək. Gəlin ölkə rəhbərinin çağırışına dəstək olaraq, həmrəyliyimiz və məsuliyyətimizlə bütün dünyaya müdrik xalq olduğumuzu subut edək və bu sınaqdan da üzü ağ çıxmaq üçün könllərimizi və düşüncələrimizi birləşdirək. Çünki, biz birlikdə güclüyük!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB