26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş növbəti intellektual oyun keçirilib

26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş növbəti intellektual oyun keçirilib
Gənclər və Idman Nazirliyinin tapşırığına əsasan 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir. Gənclər arasında təşkil olunmuş bu yarışda hər birində 8-10 nəfər olmaqla 36 komanda iştirak etmişdir. Gərgin mübarizədə 1-ci yerə "SS Milceyi", 2-ci yerə "Diamonds Are Forever", 3-cü yerə isə İstiqlal komandaları layiq görülmüşlər. Baki Şəhər Gənclər və İdman Baş Idarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə bu intellektual yarış maraqli sualları (hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımız və sair sahələri) əhatə edirdi. Qaliblər pandemiyə ilə əlaqədar karantindən sonra təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə