Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib FOTO
İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəlin kompleksinin önünə və şəhid məzarlarının üzərinə gül dəstələri qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB