Bu gün xalqımız gözlə görünməyən düşmənlə ölüm-dirim mübarizəsi aparır. Kimsə müharibənin top-tüfənglə aparıldığını, koronavirusun isə yalnız xəstəlik olduğunu söyləyib, bunu transmilli şirkətlərin oyunu adlandıra bilər. Əlbəttə, düşünmək haqqını kiminsə əlindən almaq fikrimiz yoxdur. Amma koronavirus adlı sərhəd tanımayan düşmənin varlığına kimsə şübhə etməsin. Virus hər kəsin qapısını döyə bilər. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, qaydalar çox sadədir: maska, məsafə və dezinfeksiya.
Buna baxmayaraq, cəmiyyətdə bu qədər yoluxma və ölüm sayına rəğmən sanki inkar, virusun varlığına inanmamaq kimi cahil bir fikir dolaşır. Ona görə də karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq ictimai nəqliyyatda qaydalara əməl etməyənlər, sosial məsafə saxlamayanlar, yeri gəldi-gəlmədi evdən küçələrə axışanlar az deyil. Təbliğat və məsləhət, nəhayət cərimələr və həbslər qayda pozuntularını hələlik tam olaraq qarşısını ala bilmir. Yoluxma sayı getdikcə artır.
Bu məsələdə ictimai qınağın önəmli rol oynaya biləcəyini düşünənlər az deyil. Mətbuat nümayəndəsi olaraq vətəndaşlarımızı, yaxınlarımızı, döğmalarımızı bu bəladan qorumaq üçün istənilən təşəbbüsü dəstəkləməyə, onun daha geniş auditoriyaya, cəmiyyətin müxtəlif təbəqələrinə yayılmasını, maariflənməsini təmin etməyə borcluyuq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətini rəhbəri, həmkarımız İradə İbrahimovanın irəli sürdüyü təklif və bu yöndə gördüyü işlər təqdirəlayiqdir. Onun yaratdığı və çoxsaylı media təmsilçisi tərəfindən dəstəklənən “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatı həqiqətən zamanın nəbzini tutaraq atılan bir addımdır. İnanırıq ki, təbliğat maşınının sükanı arzasında olan jurnalistlərin bu təşəbbüsə dəstək verməsi və bu işdə fəllıq göstərməsi pandemiya ilə mübarizə üsullarının təbliğində, effektivliyində önəmli rol oynaya biləcək. Bir jurnalist, yaxud bir informasiya vasitəsinin təbliğat əhatəsi ilə, jurnalistlərin birgə fəaliyyəti arasında böyük fərqin olduğunu az adam bilir. Ona görə də tanınmış jurnalistlərin, media kapitanlarının dəstək verdiyi bu hərəkatın böyük işlər görəcəyinə, ölkə Prezidentinin dəfələrlə dediyi fikirlərin cəmiyyət tərəfindən anlayışla qarşılanıb pandemiyanın Azərbaycanda yox olmasına töhfə verəcəyinə inanırıq. Həqiqətən, Biz Birlikdə Güclüyük!!!
Vəli Vəliyev, SİA-nın icraçı direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB