TƏBİB: Nümunələrin araşdırılmasında özəl laboratoriyalar da iştirak edir

TƏBİB: Nümunələrin araşdırılmasında özəl laboratoriyalar da iştirak edir

"Bu proses başlayandan Azərbaycanda sırf koronavirusla bağlı testlərin aparılması hardasa 6-7 laboratoriyada aparılırdı. Lakin, sonradan bu işə bir çox laboratoriya qoşuldu". SİA-nın verdiyi məlumata görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan bəziləri də özəl laboratoriyalardır: "Biz bununla bağlı təklifimizə cavab olaraq hansı laboratoriyaların nümunələri götürməyə və götürülmüş nümunələri analiz etməyə imkanı var idisə həmin laboratoriyalara də bu proses həvalə olundu".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə