TƏBİB: "Biz bu dəstəyi cəmiyyətdən görmədik"

TƏBİB: "Biz bu dəstəyi cəmiyyətdən görmədik"

"Mart aylarında ölkəyə xaricdən yoluxmaların daxil olmasının qarşısını aldıq. Sərhədləri bağladıq. Bu digər ölkələrdə də tətbiq edildi. Bununlla da biz ilk dövrdə virusun yayılmasının qarşısını aldıq". SİA-nın verdiyi məlumata görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Y.Qarayeva bildirib ki, virus ölkə ərazisinə keçdikdən sonra isə başladı kiçik klasterlərdə yayılmağa, ilk növbədə ailədaxili yayılmağa, daha sonra isə cəmiyyət arasında yayılmağa başladı: "İlk növbədə nəzarət dövlətin əlində idi, daha sonra isə ölkədaxili yayılmalarda məsuliyyət insanların üzərinə düşməyə başladı. Bizim cəmiyyət tərəfindən dəstəyə ehtiyacımız var idi, lakin, təəsüf olsun ki, biz bu dəstəyi görmədik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə