Həkim nəzarəti olmadan istifadə edilən dərmanlar səhhətinizə ziyan vura bilər

Həkim nəzarəti olmadan istifadə edilən dərmanlar səhhətinizə ziyan vura bilər

"Bu gün müalicədə istifadə olunan hər hansı bir preparatın adını çəksək sabah bu dərman apteklərdə yox ola bilər". SİA-nın verdiyi məlumata görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, biz evdə sadəcə simptomsuz və ya simptomları az olan şəxslərin müalicəsini aparırıq: "Bizim istifadə etdiyimiz dərman preparatları isə simptomların aradan qaldırılması üçün istifadə edirik. Aptekdən aldığınız dərman preparatları həkim nəzarəti olmadan istifadə etmək səhhətinizə ziyan vura bilər. İnsanlar ehtiyatlı olmağa çağırırıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə