Qulam İshaqzai: "Pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq"
"Pandemiya qlobal əməkdaşlıq və həmrəylik tələb edir. Hökumətlər öz səyləri, təkcə öz gücləri ilə bu pandemiyaya qalib gələ bilməyəcək. Biz bu pandemiyaya qlobal şəkildə həmrəy olaraq, biri-birimizə dəstək olaraq qalib gələ bilərik. Məhz, bu səbəbdən TƏBİB-dən olan əməkdaşların fikirlərinə qoşularaq hər birimizin kiçik addınlar ataraq, bu mübarizəyə qoşulmağa çağırıram". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.
Qulam İshaqzai bildirib ki, sosial məsafəni saxlamaqla, əlləri dezinfeksiya etməklə və digər tədbirlərlə hər birimiz bu kiçik addımlarla iştirakımızı göstərməliyik: "Biz bu pandemiya ilə mübarizə Azərbaycanla tərəfdaşıq və Azərbaycanın yanındayıq. Bu məsələdə Azərbaycanın qurumları ilə sıx əməkdaşlıq qurmuşuq. Söhbət TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi və digər aidiyyatı şəxsləri ilə görüşürük. Biz konkret sahələrdə texniki avadanlıqlarla təmin olunmanı həyata keçirmişik və bu Ümumdünya Səhiyyə Təşkilatının vasitəçiliyi ilə həyata keçirilmişdir. Müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib, jurnalistlərlə təlimlər təşkil olunub. Biz müx kampaniyalara da dəstək olmuşuq. Hazırda isə İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə də müzakirələr aparırıq. Əsas mövzu isə sosial-iqtisadi məsələlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB