"ASAN xidmət" mərkəzləri vətəndaş məmnunlugu yaradıb - ŞƏRH

"ASAN xidmət" mərkəzləri vətəndaş məmnunlugu yaradıb - ŞƏRH

Dövlət başcısının Sərəncamı ılə Gəncədə yeni «Asan xidmət» mərkəzinin layihələndirilməsi və tikintisinə 5 (beş) milyon manat ayrılıb

Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri dövlət idarəetməsində mühüm bir istiqamətə çevrilmişdir. Yarandığı zamandan “ASAN xidmət” mərkəzləri bu günə qəsdər 38 milyona qədər vətəndaş müraciətini cavablandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin vuruladigi kimi: “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar".

Bu gün artıq ölkəmizdə kifayət qədər - 19 “ASAN Xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli də digər rayonlardadır. “ASAN Xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. "Bu xidmətlərin yüksək innovativ əmsalı var» deyən dövlət başısı bu mərkəzlərdə şəffaflığın dərəcəsinin mütləq oldugunu bildirib: "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".

Artiq ölkəmizdə mərkəzlərin sayi artmaqdadir. Dövlət başcısı Gəncədə yeni "Asan xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi ilə baglı Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların rahatlığını təmin edən mərkəz haqqında dediyi kimi: "ASAN xidmət", "doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir".

Bu gün "ASAN xidmət" Mərkəzində vətəndaşların rahatlığı, şəffaflıq təmin edilir və "bir pəncərə" prinsipi tətbiq olunur. Əlbəttə ki, bu dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasına da müsbət təsirini göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə