2020-ci ildə yanvar ayından iyunun 23-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 700-dən çox müraciət daxil olub. Bu barədə SİA-ya Agentlikdən bildiriblər.
Məlumata görə, müraciətlərdən 515-i biznesin inkişafı ilə, 509-u koronavirus pandemiyası, o cümlədən sahibkarların bununla bağlı qarşılaşdığı çətinliklər və dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri ilə, 361-i biznesin fəaliyyəti ilə bağlı problemlərlə, 285-i maliyyə resurslarına çıxış imkanları, daxili bazarda tədqiqatlar, sərgilərdə iştirak, Agentliyin sahibkarlara təqdim etdiyi xidmətlər və dəstək, tədris və digər məsələlərlə bağlı olub.
Agentlik müraciətlərə qanunvericiliyə uyğun cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB