Hər bir hərəkətdə ümummilli həmrəylik birinci yerdə dayanır. Bu həmrəylik pandemiyanın yayılma zəncirinin qırılmasında özünü göstərməli, həm də müəyyən məqamlarda nümayiş olunmalıdır. Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigeyinik qayadalarına riayət olunması, tibbi maskanın taxılması və evdə qalmasıdır. Belə baxanda, bu ürək açan olmasa da o qədər də çətin tələblər deyil. Əgər biz pandemiyaya qalib gəlmək istəyiriksə bu işə səbrlə yanaşmalıyıq və həmrəylik nümayiş etdirməliyik. Koronavirus pandemiyası insanlarımızın həmrəyliyik göstərməsi baxımından bir sınaq oldu. Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı və bu fonda dövlət büdcəsindən 20 milyon manat vəsait ayırdı. Sonra isə cənab Prezident və Birinci vitse-prezident bir illik əmək haqlarını bu fonda ianə etdi. Ardınca, ölkədə vətəndaşlarımızın böyük həmrəyliyinin şahidi olduq . İnsanlar öz maddi imkanları daxilində fonda ianələr etməkdə davam etməkdədir və bu gün fondun vəsaitləri 113 milyonu keçmişdir. Həm də sosial vəziyyəti aşağı olan ailələrə imkanlı şəxslər tərəfindən ərzaq və gündəlik tələbat mallarının yardımlarında bir həmrəyliyini gördük. Sevindirici haldır ki, xalqımız çətin anlarda birləşə bilir və vətəndaş həmrəyliyini nümayiş etdirir. Ölkə prezidenti cənab İlham Əliyevin, Birinci vitse–prezident Mehriban xanım Əliyevanın davamlı səyləri ilə vətəndaşların gözəgörünməz düşmən – virusla müharibədən az itkilərlə çıxması üçün həyata keçirdikləri sosial dəstək proqramları da xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilib. 3.5 milyard manatlıq yardım paketləri bütün sferaları əhatə etməklə yuxarıda qeyd etdiyim postpandemiya dövrünə müsbət nəticələrlə başlamaq üçün çox böyük əhəmiyyət kəsb edir.
Ölkə başçısının qərarı ilə 600 min nəfər nisbətən zəif sosial təminatlı əhalini əhatə edən yardım paketinin də hazırkı karantin rejimində çox böyük qayğı olduğunu etiraf etmək lazımdır. "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir. Ötən il Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla əhalinin 42 faizinin, yəni 4,2 milyon nəfərin ciddi sosial dəstəklə əhatə olunması, əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər, eləcə də digər sosial ödənişlərin məbləğinin əhəmiyyətli dərəcədə, hətta bir sıra istiqamətlər üzrə iki dəfədən çox artırılması mühüm sosial dəstəkdir və hazırkı pandemiya dövründə də əhali üçün bir sosial dayaq, mühüm sosial müdafiədir. Pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparılması, qeyri-dövlət sektoru üzrə işçilərin məşğulluğunun qorunması məqsədilə pandemiyanın ilk günlərindən ölkə başçısının işəgötürənlərə müraciəti də görülən kompleks tədbirlərin bir hissəsi olub. Ümumilikdə dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin olunub.
Ümumi olaraq mövcud rəqəmləri təhlil edən zaman aydın olur ki, pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı, başqa sözlə desək ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir. Bu siyahıya Heydər Əliyev Fondunun xətti ilə ilə həyata keçirilən sosial yardımları, digər vətənpərvər, dövlətsevər hüquqi və fiziki şəxslərin dəstəyini də əlavə etsək vətəndaş – dövlət birliyi nəticəsində sosial dəstək tədbirlərinin hansı miqyasda olduğunu hesablamaq hesab edirəm ki, elə də çətin olmamalıdır.
Proseslərin gedişi onu deməyə əsas verir ki, cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğı, eyni zamanda insanlara “Biz birlikdə güclüyük” çağırışı ilə formalaşmış ümummilli həmrəylik pandemiya üzərində tez bir zamanda qələbə qazanılması ilə nəticələnəcəkdir.
Orucov Vidadi, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB