Prokurorluq orqanlarında yeni təyinatlar olub. SİA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəfərov Anar Novruz oğlu Ağstafa rayon prokuroru təyin edilib.
Kamran Əliyevin digər əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB