Çinin məşhur epidemioloqu olan Çjun Nanşan yeni növ koronavirusun hansı tarixdə bitəcəyini proqnozlaşdırıb. SİA xəbər verir ki, epidemioloqun fikrincə, pandemiya 2021-ci ilin sonlarında bitəcək.
Belə ki, mütəxəssisin sözlərinə görə, 2020-ci ilin qış ayları davam edəcək və həmçinin 2021-ci ilin yaz aylarınadək pandemiya bitməyəcək. Onun sözlərinə görə, qışda yoluxma hallarının sayı daha da artacaq.
Bununla belə, akademik vurğulayıb ki, pandemiyanın ikinci genişmiqyaslı dalğasını gözləməyə dəyməz. Onun fikrincə, yeni növ koronavirusun əhatə dairəsini genişləndirməməsi və yoluxma saylarının artmaması üçün vacib olan uçuşların dayandırılması, təhsil ocaqlarının bağlanması və bu məhdudiyyətlərin davam etdirilməsi kimi qısamüddətli sərt tədbirlər görmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB