Zülfiyyə Nuriyeva: “Dövlət vətəndaşına diqqət və qayğısını davam etdirir”
“24 iyunda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncə şəhərinə səfərləri zamanı, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizədən danışdılar. Azərbaycan Prezidenti Cənab İlham Əliyev COVİD-19 virusunun ölkəmizə ayaq açdığı gündən insanların sağlamlığını qorumağa çalışdıqlarını və görülən tədbirlər nəticəsində buna nail olunduğunu bildirdi”. Bunu SİA-ya açıqlamasında Tərtər rayonunun Sosial-İqtisadi və Kənd Təsərrufatinin İnkişafina Dəstək İctimayi Birliyinin sədri Zülfiyyə Nuriyeva deyib. Onun sözlərinə görə, ağır və çətin dönəm olmasına baxmayaraq ölkəmiz sosial, iqtisadi və digər sahələrdə öz inkişafını davam etdirməkdədir: “Bununla yanaşı ölkədə heç bir sosial layihələrə fasilə verilməyib.Veteranlar və məcburi köçünlər üçün evlər tikilib təhvil verildi, yeni məktəblər inşa olundu, pandemiya dövründə aprel və may ayları üçün 600 min vətəndaşa 190 manat birdəfəlik ödəmələr olub, artıq iyun ayı üçün 190 manat birdəfəlik ödəmənin həyata keçirilməsinə başlanılacaq. Virusa yoluxmuş xəstələr üçün 5 Modul tipli xəstəxana quraşdırıldı və istifadəyə verildi. Görülən işlərə və virusla mübarizəyə 3 milyard manat ayrıldı.Maska və tibbi geyim istehsal edən fabriklər istifadəyə verildi ki,buda ölkəmizin digər istehsalçı ölkədən asılı olmamasını təmin etdi”.
Z.Nuriyeva bildirdi ki, ölkə başçısı əhaliyə nümunə olaraq qapalı məkanlarda maskadan istifadə etdiyini bildirdi və örnək oldu: “Ölkə başçısı və Mehriban Xanım vətəndaşlara müraciət edərək, onları daha məsuliyyətli olmağa mağırdı. Dövlət vətəndaşına qayğı və diqqətini davam edir. Azərbaycan və bütün dünya virusla mübarizə aparır, vətəndaş isə öz növbəsində məsuliyyət olmalı, tibbi maskadan istifadə etməli və sosial məsafəyə riayət etməlidir. Ötən gün yoluxma sayının artıq 500-ü keçdiyinə əsasən demək olar ki, deməli vətəndaş məsuliyyəti zəifdir və qaydalara əməl olunmur.Vətəndaşın məsuliyyətsizliyi ilk növbədə özünü, sonra ətrafını və ümumilikdə cəmiyyəti zərbə altında qoyur. Ölkədə görülən bu qədər genişmiqyaslı işlərə vətəndaş məsuliyyətsizliyi kölgə salır. Polis gecə-gündüz sağlamlığını, ailəsini düşünmədən vətəndaşları qoruyur və virusla bağlı məlunatlandırma, qaydalara əməl etmə tədbirlərini həyata keçirir.Həkimlərimiz fasiləsiz xəstələrə qayğı göstərir və neçə-neçə dəyərli həkimlərimizi itirdik virus üzündən. Amma vətəndaş bu acılarada etinasız yanaşır və yenədə tibbi maskadan istifadə etməyi sanki özünə yaraşdırmır.Vətəndaş məsuliyyətini ciddi şəkildə anlamazsa, qaydalara əməl etməzsə sərtləşdirilmiş karantin qaydaları qaçılmaz olacaq”.
Birlik sədri onu da bildirdi ki, vətəndaş öz ölkəsini,öz yaxınını, doğmalarını, özünü, xalqını və vətənini sevirsə, dövlətə dəstəyini yalnız karantin qaydalarına əməl etməklə göstərməlidir: “Bu gün Vətən sevgisinin nümayişi bundan ibarətdir. Azərbaycanımızı karantin qaydalarına əməl edərək, gözə görünməyən təhlükədən yalnız vətəndaş məsuliyyəti xilas edə bilər.Vətəndaş - dövlət həmrəyliyinin yüksək səviyyədə nümayiş etdirmək vaxtıdır” .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB