2020-ci il də Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına elə ilk gündən uğursuz daxil olub. Bunun səbəbi də nəbirdir, nə ikidir, nə sondur. Xüsusilə də son vaxtlar Ermənistanda ictimai fikirlər get-gedə baş nazir Nikol Paşinyanın əleyhinə çevrilməkdədir. Belə ki, xalq keçmiş hakimiyyətə qarşı etiraz dalğası üzərində baş nazir postuna gələn N.Paşinyanı verdiyi vədləri yerinə yetirməməkdə, ölkəni lazımınca idarə etmək əvəzinə, şəxsi ambisiyalarını həyata keçirməkdə, ölkə həyatının heç bir sahəsində irəliləyişə nail olmamaqda, əksinə, xalqın güzəranının daha da pisləşməsində ittiham edirlər. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatması və nəhayət, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrin keçirdiyi Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «mat» fəziyyətə düşməsi son nəticədə isə Paşinyanın ölkə ictimaiyyəti qarşısında itən nüfuzunun tamailə sıfra düşməsi çətin durum yaradır.
Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli realllığı
Ancaq Paşinyan bu qüdrətli reallığı görməsə də Azərbaycan Prezidenti üçüncü dəfə ona dərk etdirdi və Qarabağ problemi ilə bağlı əsas zərbələri də Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən aldı. Belə ki, Azərbaycan lideri ona Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında ikinci ağır zərbəsini vurdu. Azərbaycan Prezidenti Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı cəsarətli fikirlərini irəli sürərək bəyan etdi ki, Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə təxminən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu satqın vaxtilə alman faşistlərinə xidmət etmiş, hətta SSRİ vətəndaşlarına arxadan zərbə vurmuş, əli minlərlə günahsız insanın qanına batmış Qaregin Ter-Arutyunyandır. Hətta MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etiraz bildirib. Amma yeni hakimiyyət də bu faşist cəlladının heykəlini götürməyib. Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda faşist ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırıldığına bariz nümunədir. Maraqlıdır ki, bu zərbə Ermənistanın küçədən gəlmiş baş nazirinə hələ Valday zərbəsindən özünə gəlməmiş dəydi.
Bununla belə, Paşinyan da Ermənistanın əvvəlki rəhbərləri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mane olur. Üstəlik, o, "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm bəyanat verməkdən də çəkinmir. Bax, budur küçə təfəkkürlü və siyasəti bilməmək gerçəkliyi Azərbaycan Prezidenti İlham Əliyev Valday Sammitində "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Paşinyanın bütün xarici siyasətini alt-üst etdi. Bu reallıqları Aatıq erməni cəmiyyəti də etiraf edərək Paşinyanı bu məğlubiyyətə görə ciddi tənqid atəşinə tutdu. Və bütün bu reallıqları istər Rusiya, istərsə də beynəlxalq ictimaiyyət anladı ki, Azərbaycan Qarabağ məsələsində milli maraqlarından geri çəkilən, tarixi torpaqlarını heç kəsə güzəştə gedən deyil.
Bütün bunlardan sonra, Şərq Tərəfdaşlıq ölkələrinin keçirilən Sammitində də Prezident İlham Əliyev danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, «Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçdi.
Prezident İlham Əliyev çıxışında Ermənistanın dövlət səviyyəsində terrorizmə dəstək olduğunu tutarlı faktlarla sübut etdi. Azərbaycan Prezidenti erməni terrorçusu Karapetyanla bağlı məsələyə tarixi aspektdən yanaşaraq erməni terrorizminin əsl mahiyyətini ortaya qoydu.
Beləliklə, Sammitin nəticələrini bir cümlə ilə belə ifadə edə bilərik: Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü bütün dünyaya biabır etdi.
Nəticə isə ən böyük həqiqəti ortaya qoydu: artıq erməni saxtakarlığı keçmir və Azərbaycan Prezidentinin hücumçu diplomatiyası dünya erməniliyini darmadağın edir.
"Azərbaycan xalqı Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə siyasi mənsubiyyətindən asılı olmayaraq birmənalı dəstək və həmrəylik var"
Bir məqamı da qed edək ki, Prezident Əliyevin Münhendəki qələbəsini Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs etiraf etdi və dəstək verdi. Qarabağ məsələsində Azərbaycanda fərqli yanaşma mövcud deyil. Bu baxımdan, Prezident Əliyev Münhendə yalnız Paşinyan üzərində qələbə qazanmadı, eyni zamanda dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə siyasi mənsubiyyətindən asılı olmayaraq birmənalı dəstək və həmrəylik var. Daxili çəkişmələrdən əzab çəkən Ermənistan üçün bu amil də böyük önəm kəsb edir. Yekdillik nümayiş etdirən Azərbaycana qarşı parçalanmış Ermənistanın duruş gətirməsi imkansızdır.
Ermənistanda hakimiyyət böhranı dərinləşir
Göründüyü kimi, bu gün Ermənistanda siyasi və iqtisadi böhran da dərinləşməkdədir. Mövcud iqtidardan narazılıq artır. Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən Paşinyanın dünya lbövlətləri çərçivəsində savadsızlığı, digər tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, eyni zamanda Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır.
Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda özünü göstərən siyasi və iqtisadi böhran meylləri Nikol Paşinyanın xaricə qaçışı ilə nəticələnə bilər.
İndi çoxunu belə sual düşündürür: Ermənistandakı bu şəraitdə, belə hökumətlə Qarabağ danışıqlarının fiaskoya uğradığını söyləmək olarmı?
Daxili çəkişmələrdən əzab çəkən Ermənistan üçün bu amil də böyük önəm kəsb edir. Yekdillik nümayiş etdirən Azərbaycana qarşı parçalanmış Ermənistanın duruş gətirməsi imkansızdır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB