Qərbi Azərbaycanda türk mənşəli toponimlərin erməniləşdirilməsi

Qərbi Azərbaycanda türk mənşəli toponimlərin erməniləşdirilməsi

Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilmişlər:

1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli–Lusaq-yuğ (Eçmiədzin), Qorçulu –Mrqaşad, Sərdarabad–Hoktember (Hoktemberyan (Sərdarabad)), Bayandur–Vağadur (Gorus), Şirvancıq–Lernakert (Artik) və s.

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu –Tandzut (Hoktemberyan (Sərdarabad)), Daşqala –Karaberd (Ani(Ağin)), Darəkənd–Dzoraqyuğ (Quqark), Dərəçiçək–Tsaxkadzor (Hrazdan(Axta)), Göl–Liçk (Martuni (Aşağı Qaranlıq)), Güllübulaq–Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.

3.Bəziyaşayışməskənlərininadları«beynəlmiləlçilik»pər-dəsi altındadəyişdirilmişdir.Məsələn,Qaraqışlaq–Dostluq (Masis(Zəngibasar)), Sultanabad–Şurabad (Amasiya (Ağ-baba)), Cücəkənd–Qızılşəfəq (Kalinino), Aşağı Necili–Sayat-Nova (Masis (Zəngibasar)), Çanaxçı–Sovetakert (Ararat (Vedi)) və s.

Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas–Darbas (Sisyan), Dəlilər–Dalar (Artaşat (Qəmərli)), Ələyəz–Araqats (Talın), Ərəvus–Arevis (Sisyan), Gabud –Kapuyt (Əzizbəyov), Çırpılı–Crapi (Ani (Ağin)) və s.

5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə –yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı–Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə –Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi–Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə–Pokr Sepasar (Qukasyan (Qızılqoç)) və s.

Ümumiyyətlə, ermənilər Azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axbyur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi ermənicələşdirmişlər.

1935-ci ilədək Ermənistanda azərbaycanlı yaşayış məskənlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfindən dəyişdirilmişdir. 1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək mənəvi soyqırıma məruz qoyulmuşdur.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deporta-siyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyiş-dirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların deportasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.

Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilmişdir. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqə-sinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış mən-təqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir.

Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir

Elə azərbaycanlı yaşayış məntəqəsi olmuişdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ci ilədək Qaranamaz olmuşdur.

İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası məhz rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılmışdır. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunmuşdur.

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani(Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahverdi), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansara) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aştarak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan–Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ararat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Vayotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilmişdir. Tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində türk mənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cəmisi bir neçə yaşayış məntəqəsi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) vəs.

Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır.

Vahid Ömərov

f.ü.f.d.dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə