COVID-19: Son bir ayda Azərbaycanda və dünyada baş verənlər - ARAŞDIRMA
Azərbaycanda aprel ayının 27-dən etibarən sərt karantin rejimindən yumşaq rejimə keçid edilmiş və bunun ardınca bir sıra iqisadi sahələrinin fəaliyyəti bərpa edilmişdi. Lakin bütün bu fəaliyyət sahələri və iqtisadi sektorlar müvafiq metodiki göstərişlər əsasında fəaliyyət göstərməli və insanlar tərəfindən sərt karantin dövründə olduğu kimi müəyyən qaydalara riayət edilməli idi. Həmin qaydalara əhalinin müəyyən faizi əməl etmədiyindən, xüsusilə də ictimai iaşə obyektlərində, restoran, kafe və s. digər icimai yerlərdə sosial məsafənin saxlanılmasına riayət edilmədiyindən yoluxma sayı artmağa başladı. SİA sizə aprel ayının 27-dən etibarən ölkədə pandemik vəziyyətin statistikasını təqdim edir.
Ölkədə 1 aylıq karanin rejimi baş verənlər...
FAKT - 25 mart 2020-ci il tarixində COVID-19 statistikası:
Gün ərzində yeni yoluxma faktları - 6
Ölüm halı - 1
Aktiv koronavirus xəstələrinin sayı - 81
Vəziyyəti ağır olanların sayı - 3
Vəziyyəi orta ağır olanların sayı - 5
İlk gündən bu günə qədər...
İlk dəfə Azərbaycanda koronavirusa yoluxma faktı 28 fevral tarixində qeydə alındı. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşı idi və İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunmuşdu. Koronavirusla bağlı bir çox məlumat Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən verilirdi. Lakin, daha sonra sosial şəbəkələr və bir sıra media orqanları tərəfindən verilən yoxlanılmamış informasiyalar yalnız koronavirusla bağlı məlumatları yayan, sistemləşdirilmiş bir strukturun fəaliyyətə başlamasına təlabat yaratdı. Bu məqsədlə 27 fevral 2020-ci il tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Təhlükənin ölkəmizə yaxınlaşdığı İranda virusun peyda olması ilə özünü biruzə verdi. Belə ki, İranda koronavirusa yoluxma hallarının artması ilə bağlı 27 fevralda Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradıldı. Lakin, İranda fəlakətin miqyasının genişlənməsi dərhal qonşu dövlətlə sərhədlərin 29 fevral tarixində bağlanmasına səbəb oldu. Azərbaycan vədandaşları İrandan xüsusi dəhliz vasitəsilə ölkəyə geri qaytarıldı.
Bütün bu qaynar proseslər fonunda Kütləvi İnformasiya Vasitələri də diqqətdən kənar qalmadı. 5 mart tarixli qərara əsasən KİV nümayəndələrinə ümumilikdə maarifləndirici və Operativ Qərargaha istinad edilən məlumatları vermək tövsiyyə olundu. Bununla yanaşı yoxlanılmamış, cəmiyyətdə süni ajiotaj və panika yarata biləcək informasiyaları mediadan uzaq tutmaq tapşırıldı. Bununla da informasiya təhlükəsizliyi təmin olundu.
Eyni zamanda təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2 mart tarixli qərara əsasən dayandırıldı. Azərbaycan xalqı bayram əhval-ruhiyyəsi içərisində belə virusla mübarizəsini dayandırmadı. Təbii ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası ərazisində Novruz Şənlikləri və kütləvi tədbirlər ləğv edildi. Mart ayı ərzində virusla mübarizə gücləndirilmiş şəkildə davam etdirildi. Bir ay ərzində ölkənin hər tərəfində çox ciddi dezinfeksiya işləri aparılmağa başlandı. Azərbaycan ölkədən kənar da koronavirusla özünəməxsus mübarizə apardı. Koronavirusla mübarizəyə qlobal müstəvidə dəstək olmaq üçün Azərbaycan 6 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar, 7 mart tarixində isə İrana 5 milyon dollar maddi vəsait ayırdı.
Təəssüf ki, 12 mart tarixində ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı. Bu İrandan qayıdan 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı idi. 13 mart tarixində Azərbaycanda xüsusi rejim elan edildi. Bütün kütləvi tədbirlər təxirə salındı, kinoteatr, muzey və teatrların, əyləncə mərkəzləri və idman zallarının fəaliyyəti dayandırıldı. Toy məclislərinin keçirilməsi qadağan edildi. Kafe və restoranların, alış-veriş mərkəzlərinin fəaliyyətinə dair xüsusi iş rejimi və qaydalar müəyyənləşdirildi.
Bir çox ölkə ilə gediş-gəlişlər dayandırıldı. Gürcüstan və Rusiya ilə sərhədlər bağlandı. Hətta, çox keçmədi qardaş ölkə Türkiyə ilə quru və hava yolu ilə gediş-gəlişlərə məhdudiyyətlər qoyuldu. Ölkə daxili gediş-gəlişlərə də 17 mart tarixli qərara əsasən məhdudiyyət qoyuldu. Beləliklə, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırdı.
Azərbaycanda ilk dəfə koronavirus aşkarlanandan, yəni 27 fevral 2020-ci tarixindən bu günə qədər, yəni 25 mart tarixinə qədər inanılmaz şəkildə çecik və sistemli müdafiə tədbirləri həyata keçirildi. Azərbaycan hökuməti və vətəndaşları virusun ciddiyətini lazımı səviyyədə dəyərləndirdi. Bir ay ərzində bununla bağlı yerində və adekvat addımlar atıldı. Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı və onlarla müqayisədə Azərbaycan bir ay ərzində əhəmiyyətli yol qət etdi.
Dünya ölkələrində vəziyyət necə idi?
Bəzi ölkələr mühim tədbir həyata keçirərkən, bəziləri vəziyyətin əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmədi. Bəzi ölkələrdə vəziyyət cığırından çıxana qədər koronavirus təhlükəsi sakitcə öz fəaliyyətini genişləndirdi. Bu virus ilk dəfə Çinin Uhan əyalətində 2019-cu ilin dekabr ayında ortaya çıxmışdı. Virusun yayılmasına səbəb olan obyekt haqqında müxtəlif fikirlər irəli sürüldü.
Ən çox yoluxma faktı Çində - 81 min 218, İtaliyada - 69 min 176, ABŞ-da - 54 min 941, İspaniyada - 47 min 610, Almaniya - 34 min 9, İranda - 27 min 17, Fransada - 22 min 304, İsveçrədə - 10 min 171, Şimali Koreyada - 9 min 137, Böyük Britaniyada - 8 min 77 nəfər aşkarlandı.
Ən çox ölüm faktı İtaliyada - 6 min 820, İspaniyada - 3 min 484, Çində - 3 min 881, İranda - 2 min 77, Fransada - 1 100, ABŞ-da - 784, Böyük Britaniyada - 422 nəfər qeydə alındı.
Dünya üzrə 434 min 595 nəfər virusa yoluxmuşdu. 19 min 603 nəfər həyatını itirmiş, 111 min 851 nəfər virusdan sağalmışdı.
Bəs, bu gün?
Yuxarıda qeyd etdiyimiz ən çox yoluxma faktı qeydə alınan ölkərin çoxunda bu gün mənzərə fərqlidir. Hətta, bir neçəsində kəskin dərəcədə fərqlidir. Azərbaycanda isə vəziyyət tamam fərqlidir.
FAKT - 21 iyun tarixində Azərbaycanda yeni növ koronavirus (COVID-19) statistikası:

Vəziyyət ağır dəyərləndirilə bilər? Xeyir. Vəziyyət ağırdır. Bütün bu rəqəmlərə baxdıqda 2 ay ərzində bir neçə yumşalma qərarına getməklə müşahidə etdiyimiz mənzərə dəhşət doğurur. Mart ayı ərzində ölkədə aparılan profilaktik tədbirlər nəticəsində vəziyyət nəzarət altında idi. Çünki ölkədə vahid vətəndaş həmrəyliyi və məsuliyyəti var idi. Birgə inandığımız və mübarizə apardığımız bir situasiya mövcud idi. İndi də belə bir vəziyyət mövcuddur, lakin, indi çatışmayan cəhət vətəndaş inamı və məsuliyyətidir. Hər şey inanmaqla və nəyisə istəməklə başlayır. Bu gün virusa inanmasaq və ona qalib gəlmək istəməsək heç nə əldə edə bilmərik.
Bu gün Azərbaycanda vəziyyət...
25 Mart 2020-ci ildə Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadıldı. 29 mart saat 00:00-dan etibarən koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xüsusi karantin rejimi gücləndirildi. Aprel ayının əvvəllərindən etibarən yoluxma sayında cüzi də olsa artım baş verdi. Lakin, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırıldı. Aprel ayı ərzində sərt karantin rejiminin tətbiq edilməsi ilə ayın ortalarına qədər artan dinamikada əks dəyişikliklər baş verdi və yoluxma halları azalmağa başladı.
27 aprel tarixində Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Aktiv xəstələrin sayı isə 494 nəfər idi. Nazirlər Kabinetinin qərarına əsasən 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdi.
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadıldı. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadıldı. Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verildi.
Lakin, yumşalmaların fonunda yoluxmaların sayı artmaqda davam etdi. 9 may 2020-ci il tarixində yumşalmaların tətbiq edildiyi dövrdə ilk 3 rəqəmli yoluxma faktı müşahidə olundu. Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdı. Bəzi günlərdə bu rəqəm aşağı ensə də, bundan sonra yoluxma statistikasında artım tempi müşahidə olunurdu. 22 may tarixində 106 yoluxma faktı qeydə alındıqdan sonra bu dinamika artan templə davam etdi və 26 may tarixinə qədər gün ərzində 149 yeni yoluxma faktı qeydə alındı. 26 may tarixində 132 yoluxma faktı 31 may tarixinə qədər artan templə 257-ə çatdı. 31 may 248 yoluxma faktı, 1 iyun tarixində 168 yoluxma faktı eydə alındı. Daha sonra isə bir gündə 325 koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı və bu təxirəsalınmaz tədbirləri labüd hala gətirdi.
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. İki günlük sərt karantin rejimi elan edildi.
Lakin bütün bunlar məsuliyyəti artırmadı. 9 iyun tarixindən 315 yoluxma faktı qeydə alındıqdan sonra, 11 iyun tarixi daxil olmaqla bir gündə 352 nəfər virusa yoluxdu. Ümumi yoluxma sayı 8882 idi. 15 iyun tarixində ümumi yoluxmaların sayı 10 mini ötdü. 19 iyun tarixində gündəlik yoluxma sayı 400-ü keçərək 438 oldu.
Bu dövr ərzində Nazirlər Kainetinin sərtləşdirici qərarları oldu. Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadıldı. Daha sonra isə Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadıldı.
Mart və aprel ayları ərzində əldə etdiyimiz nəticələr və COVID-19 statistikasında müsbət irəliləyiş davam etdirilsə idi, bu 2 ay ərazisində vəəndaşların göstərdiyi həmrəylik və məsuliyyət eyni qalsa idi, bu gün koronavirusa qalib gəlmiş ölkələrdən biri ola bilərdik. Bu bacarmış ölkələr mövcuddur.
Bu gün dünyada vəziyyət...
Dünya üzrə 26 ölkədə bütün yoluxmuş şəxslər virusdan sağalmış və aktiv yoluxma faktı qeydə alınmamışdır.
Bu gün ən çox virusa yoluxma faktı qeydə alınan 30 ölkə:
ABŞ - 2 milyon 356 min 715,
Braziliya - 1 milyon 86 min 990,
Rusiya - 584 min 680,
Hindistan - 426 min 910,
Böyük Britaniya - 304 min 331,
İspaniya 293 min 352,
Peru - 254 min 936,
Çili - 242 min 355,
İtaliya - 238 min 499,
İran - 204 min 952,
Almaniya - 191 min 575,
Türkiyə - 187 min 685,
Pakistan - 181 min 88,
Meksika - 180 min 545,
Fransa - 160 min 377,
Səudiyyə Ərəbistanı - 157 min 612,
Banqladeş - 112 min 306,
Kanada - 101 min 337,
Cənubi Afrika - 97 min 302,
Qətər - 87 min 369,
Çin - 83 min 396,
Kolumbia - 68 min 652,
Belçika - 60 min 550,
Belarusiya - 58 min 505,
İsveç - 56 min 43,
Misir - 55 min 233,
Ekvador - 50 min 640,
Hollandiya - 49 min 593,
İndoneziya - 45 min 891,
Birləşmiş Ərəb Əmirlikləri - 44 min 925 nəfərdir.
Ən çox ölüm faktı -
ABŞ - 122 min 248 nəfər,
Braziliya - 50 min 658 nəfər,
Böyük Britaniya - 42 min 632,
İtaliya - 34 min 634 nəfər,
Fransa - 29 min 640 nəfər,
İspaniya - 28 min 323 nəfər,
Meksika - 21 min 825 nəfər,
Hindistan - 13 min 703 nəfər,
Belçika - 9 min 696 nəfər,
İran - 9 min 693 nəfər qeydə alınıb.
Mart ayının statistikasına əsasən Çin birinci yerdə idisə, bu gün Çin 21-ci yerdədir. Son 24 saat ərzində isə Çində cəmi 18 nəfər virusa yoluxub. Siyahıda 2-ci olan İtaliyada isə bu gün 9-cu sıradadır və son 24 saat ərzində yoluxma faktı ümumiyyətlə qeydə alınmayıb. 3-cü yerdə olan ABŞ-da isə vətəndaş inamsızlığı və müəyyən qədər hadisələrə gec reaksiya verilməsi ölkəni mənfi dinamika üzrə 1-ci sıraya qaldırdı. Lakin bütün bunlara baxmayaraq son 24 saat ərzində 58 nəfər virusa yoluxub. Mart ayının sonlarında 5-ci yerdə olan və gündəlik yoluxma sayı 200-dən çox olan İspaniya bu gün 6-cı yerdədəir və son 24 saat ərzində yoluxma faktı qeydə alınmayıb. Almaniya isə 11-ci yerdədir və son sutka ərzində yoluxma sayı qeydə alınmayıb.
Dünya üzrə yeni növ koronavirusa yoluxanların ümumi sayı 9 milyon 51 min 949 nəfərdir. Bu günə qədər virusdan 470 min 822 nəfər dünyasını dəyişib. Virusa yoluxmuş 4 milyon 842 min şəxs isə virusdan sağalıb. Hazırda 3 milyon 739 min min şəxs aktiv COVID-19 xəstəsidir. Yoluxanlardan 99 faizi yəni 3 milyon 684 min nəfərin vəziyyəti orta stabildir, 1 faizinin, yəni, 54 min 736 nəfərin vəziyyəti isə ağırdır.
Ən çox yoluxma bu günə qədər bir gündə, 19 iyun tarixində 180 min 874 nəfər kimi qeydə alınıb. Ən çox ölüm vaktı isə aprel ayının 17-si 8 min 435 nəfər kimi qeydə alınmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB