Profilaktik baxımdan koronavirusa (COVID-19) görə verdiyi ilk test nəticəsi müsbət olan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təkrar testdən keçirilib. TƏBİB-dən SİA-ya verilən məlumata görə, F.Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.
COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.
Hazırda vəziyyəti stabil olan F.Əliyevada xəstəlik simptomları qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB