ABŞ-da atışma olub - Ölənlər var

ABŞ-da atışma olub - Ölənlər var

ABŞ-ın Şarlott şəhərində atışma və avtomobillərin insanların üzərinə sürülməsi nəticəsində 2 nəfər həlak olub, daha 12 nəfər isə xəsarət alıb. SİA-nın məlumatına görə, əvvəlcə polisə avtomobilin adam vurması barədə məlumat daxil olub.

Hadisə yerinə kütlə toplaşandan sonra atışma başlayıb. Bu insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Daha sonra bir neçə avtomobil kütlənin üzərinə hərəkət edib.

Hücumu törədən şəxslərin axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə