Həkim: “Üzlərindəki dəriləri getməyə başlayıb, ayaqlarında damarlar şişib...” ÇAĞIRIŞ

Həkim: “Üzlərindəki dəriləri getməyə başlayıb, ayaqlarında damarlar şişib...” ÇAĞIRIŞ

Azərbaycanlı həkim Murad Məmmədli sosial şəbəkələr vasitəsi ilə ölkə vətəndaşlarına karantin rejiminə riayət etməyə və vəziyyəti daha da çətinləşdirməməyə çağırış edib. SİA xəbər verir ki, onun sözlərinə görə, karantin heç də görüntü yaratmaq üçün tətbiq edilməyin, çünki Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən də qurtarmaq üzrədir.

“Mən həkiməm və COVID-19 xəstələri ilə işləyirəm”, qeyd edən həkim fəaliyyətləri barədə qeyd edib ki, onların xəstəxanalarda narahatlıq keçirdiklərini və necə sağ qaldıqlarını Allah bilir: “Situasiya kifayət qədər ciddidir. Hər şey bizim ehtimal etdiyimiz kimi olmadı. Bakıda COVİD pasinetləri üçün ayrılmış yerlər qurtarır. Yoluxmalar maksimaldır. Ağır pasinetlərin sayı hər gün artır. Belə templərlə həyatlarını itirənlərin sayı gördüyümüz işlərə və güc sərflərimizə baxmayaraq artacaq”.

“Məgər elementar qaydalara riayət etmək bu qədərmi çətindir?"

M.Məmmədli bütün vətəndaşları ehtiyac olmadan ictimai yerlərə getməməyə və ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb.

“Məgər elementar qaydalara riayət etmək bu qədərmi çətindir”, deyə sual edən azərbaycanlı həkim davam edib: “Məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq çətindirmi? İnanın, situasiya bizdə İtaliyadan və İspaniyadan da pis ola bilər”.

"İnsanlar düşünürlər ki, karantin və hər şey görüntü üçündür, xeyr mənim əzizlərim, xeyr! "

Həkim, həmçinin eyni zamanda, hələ də virusun olmasına inanmayanlara da müraciət edib.

“Əgər siz virusa inanmırsınızsa, bu zaman inananlara görə karantinə riayət edin. Onlara görə ki, bilirlər və görürlər. Allah xatirinə. Əgər biz bu gün bulvarda, ya da restoranda sosial məsafəyə riayət etməsək, onda sabah həmin amil bizim valideyinlərimizi, gənclərimizi və s. itirməyimizlə nəticələnəcək. İnsanlar düşünürlər ki, karantin və hər şey görüntü üçündür, xeyr mənim əzizlərim, xeyr! Bu cür templərlə qısa zamanda hətta tibbi personal da bizə yetməyəcək! Əgər xəstələnərsək, bu zaman bizə - həkimlərə artıq xəstəxanalarda yer olmayacaq! Allah bizim ölkəizi və xalqımızı saxlasın!”, həkim çağırş edib.

M.Məmmədli həmçinin həkimlərin necə ağır şəraitdə işləmələri məsələsinə də toxunub: “Siz inanmazsınız ki, biz hansı vəziyyətdə işə çıxırıq. Bütün həkimlərin üzlərindəki dəriləri getməyə başlayıb, ayaqlarında damarlar şişib. Gecələr yuxuda olarkən, hamının qulaqlarında aparatların səsləri uğuldayır... Stress, yuxusuz gecələr və bədənin hər yerində ağrılar... Belə vəziyyətdə biz işləyirik. Susuz və demək olar ki, təmiz hava almadan”, Məmmədli deyib.

.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə