Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi

Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi

19 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və məktəb direktorları da daxil olmaqla ümumilikdə 270 nəfərdən çox fəal iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 21 iyul tarixindən 5 iyul tarixinə qədər sərt karantin rejimi elan olunmasını və rayonumuzunda xüsusi karantin rejimdə olan rayonlar siyahısında olmasını videomüşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yexlax, Cəllabad, Abşeron rayonu kimi Masallı rayonundada insanlar SMS, xüsusi xəbərdarlıq, icazələr əsasında zərurət yarandığı halda evlərindən çıxa bilər.
Sonra rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.

Videomüşavirədə Masallı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov xüsusi karantin rejimi günlərində şəxsi heyyətə xüsusi tapşırıqlarını verdiyini, xüsusi karantin rejimini pozanlar barədə cidi tədbirlərin görüləcəyini bildirib, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev xüsui karantin günlərində rayonda aqrar sektora xüsusi diqqət ayrılacağını, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev əkin sahələrinin təsərrüfat suyu ilə təminatında çətinliklərin olmadığını, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimlər arasında xüsusi karntin rejimi ilə bağlı təbliğat işlərinin aparıldığı və şagirdlərində qaydalara riayət etmələri üçün virtual qaydada olaraq onlara tapşırıq və tövsiyyələr vermələrini vurğulayıblar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən taxıl biçini, biçilmiş sahələrin yanğından mühafizəsi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, tütünün və baramanın təhvil verilməsinin davam etdirilməsi, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması, və s. müzakirə edilib.

Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə